• USD 1,7001 0,00% EUR 2,0914 0,00%
    • GBP 2,3714 0,00% RUB 0,0301 0,00%

Azərbaycan Riodan 18 medalla qayıdır - YEKUN

  • İdman
  • 22 Avqust 2016 11:52
  • 1 341 Baxış
Azərbaycan Riodan 18 medalla qayıdır - YEKUN

4 ilin ən böyük idman yarışı - Rio-de-Janeyro şəhərində təşkil olunan XXXI Yay Olimpiya Oyunları 17 günlük gərgin mübarizədən sonra başa çatdı.

Publika.az xəbər verir ki, Azərbaycan Rio-2016-da 56 idmançı ilə təmsil olundu. Millimiz 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazanmaqla, medal sayı baxımından London-2012-də göstərdiyi nəticəni yeniləyib. Ötən Olimpiadada millimiz 10 medala (2 qızıl, 2 gümüş, 6 bürünc) sevinmişdi.

Bu dəfə yeganə qızıl medalımızı taekvondoçu Radik İsayev (+80 kq) əldə edti. Halbuki ümidlərimiz daha böyük idi. Qızıl gözlədiyimiz idmançılar ümidləri doğrultmadılar.

Sərbəst güləşçilər Toğrul Əsgərov, Xetaq Qazyumov, boksçu Lorenzo Sotomayor, cüdoçular Rütəm Orucovla Elmar Qasımov (100 kq), qadın güləşçi Mariya Stadnik (48 kq) və kanoeçi Aleksandr Demyanenko final görüşlərində məğlub oldular.

Sabah Şəriəti, Rəsul Çunayev, İnna Osipenko-Radomskaya, Patimat Abakarov, Kamran Şahsuvarlı, Nataliya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov və Milad Beiqi Harçeqani bürünclə kifayətlənməli oldu.

Rioda komanda olaraq ən yaxşı nəticəni taekvondoçular göstərdi. Mötəbər yarışa 4 idmançı ilə yollanan millimiz 3 medal qazandı. Radik İsayevin liderlik etdiyi yığmamız bir çox ilklərə imza atdı. Azərbaycana bu Olimpiadada ilk və yeganə qızıl medalı da məhz taekvondoçu qazandırdı. Braziliyaya 14 idmançı ilə yollanan güləş yığması isə qızıla həsrət qalarkən, müxtəlif əyarlı 9 medal sevinci yaşadı.

Boks yarışlarında da ilk dəfə Olimpiadada final döyüşü keçirdik. Lorenzo Sotomayor gümüş medal qazanmaqla, daha bir ilkə imza atdı. Ümumilikdə isə boksçularımız iki dəfə fəxri kürsüyə çıxmağı bacardılar. 75 kq çəkidə yarışan Kamran Şahsuvarlı da bürünc medal qazandı.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>