Fariz Məmmədov həkim müayinəsinin cavablarını göndərməlidi
Bizi izləyin

İdman

Fariz Məmmədov həkim müayinəsinin cavablarını göndərməlidi

Fariz Məmmədov həkim müayinəsinin cavablarını göndərməlidi

"Hazırda Antalyada məşqlərimi davam etdirirəm. Bildiyiniz kimi, Qəbələdə almaniyalı Mattias Pelkə qarşı keçirdiyim döyüşdən öncə ağır zədə almışdım. Qabırğam sınmışdı.

Müayinədən keçdim, həkimlər mənə müalicə almağı və bərpa olunmağı tapşırdılar". Publika.az xəbər verir ki, bu sözləri Azərbaycanı peşəkar boksda təmsil edən "Qəbələ"nin üzvü Fariz Məmmədov deyib.

Hazırda Antalyada bərpa prosesi keçən boksçu özünü yaxşı hiss edir: "Antalyadakı məşqlərim əsasən bərpa yüklüdü. Həkim nəzarətində yüngül məşqlər edirəm, fitnes salona və üzgüçülük hovuzuna gedirəm. Hazırda özümü yaxşı hiss edirəm. Hesab edirəm ki, revanş döyüşünə kimi tam hazır olacam".

Məmmədov revanş döyüşünün vaxtının yanvar ayının sonunda dəqiqləşəcəyini deyib: "Bu ayın sonuna kimi durumum barədə Dünya Boks Qurumuna (WBO) məlumat verməliyəm. Onlara sənədləşdirilmiş formada son həkim müayinəsinin cavablarını göndərməliyəm. Müayinənin nəticələrinə əsasən döyüşün vaxtı müəyyənləşdiriləcək. Güman edirəm ki, bu yaz aylarına təsadüf edəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm