İspanlar darmadağınla, "Yuve" və "Benfika" 2 qolla
Bizi izləyin

İdman

İspanlar darmadağınla, "Yuve" və "Benfika" 2 qolla

Çempionlar Liqasının ardınca Avropa Liqasında da 1/4 finala yekun vurulub. Bu gecə qitənin 4 şəhərində baş tutan 4 qarşılaşmada yarımfinalçılar müəyyənləşib.

Çempionlar Liqasının ardınca Avropa Liqasında da 1/4 finala yekun vurulub. Bu gecə qitənin 4 şəhərində baş tutan 4 qarşılaşmada yarımfinalçılar müəyyənləşib.

"Yuventus" Turində Lion "Olimpik"ini qəbul edib. Bu komandalar arasındakı ilk oyunda italyanlar 1:0 hesablı qələbə qazanmışdı. "Yuventus" bu dəfə də qələbəni bayram edərək yarımfinala çıxıb - 2:1. Hesabı 4-cü dəqiqədə meydan sahiblərindən Andrea Pirlo açıb. 14 dəqiqə sonra Cimmi Briand, fransızları sevindirib. 68-ci dəqiqədə isə Klaudio Marçisio "Yuventus"un qələbə qolunu vurub.

Lissabonda da gözlənilən nəticə qeydə alınıb. Hollandiyada "Alkmaar"ı 1:0 hesabı ilə yenən "Benfika" evdə iki cavabsız qola sevinib - 2:0. Portuqaliya klubunu yarımfinala daşıyan qollara Rodriqo Lima imza atıb.

İlk oyunda 1:0 hesablı qələbə qazanan "Portu" isə İspaniyada böyük hesabla yenilib. "Sevilya"nın qonağı olan portuqaliyalılar 1:4 hesabı ilə uduzub. Hesabı 5-ci dəqiqədə penaltidən İvan Rakitiç açıb. 26-cı dəqiqədə sonra Vitolo, fərqi artırıb. 3 dəqiqə sonra Karlos Bakka 3-cü topa "Portu"nun qapısından keçirib. 79-cu dəqiqədə Kevin Qameyro hesabı 4:0-a çatdırıb. Əlavə vaxtda isə Rikardo Kuareşma "Portu"nun təsəlli qoluna imza atıb.

Günən digər oyununda isə "Valensiya" "Bazel"i qəbul edib. İlk oyunda 3:0 hesablı qələbə qazanan İsveçrə klubunun bu üstünlüyü əldən verəcəyi gözlənilmirdi. Lakin proqnozlar özünü doğrultmayıb. Belə ki, "Valensiya" əsas vaxtda 3:0 hesablı üstünlük əldə edib. Hesabı 38-ci dəqiqədə Pako Alkaker açıb. 42-ci dəqiqədə Eduardo Varqas fərqi artırıb. 70-ci dəqiqədə Pako Alkaker dublunu rəsmiləşdirib. 90 dəqiqə 3:0 hesabı ilə bitdiyindən qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac yaranıb. 101-ci dəqiqədə Marselo Diaz, 5 dəqiqə sonra Qaston Sauro qırmızı vərəqə alıb və "Bazel" 9 nəfərlə qalıb. 113-cü dəqiqədə Pako Alkaker het-trikini rəsmiləşdirib. 5 dəqiqə sonra isə Xuan Bernat matçın yekun hesabını müəyyənləşdirərək, "Valensiya"nı yarımfinala çıxarıb - 5:0.

Avropa Liqası

2013/14 mövsümü

1/4 final (cavab oyunları)

10 aprel

Ə/V: 00.05 Valensiya (İspaniya) - Bazel (İsveçrə) 5:0

Qollar: Pako Alkaker, 38; 70; 113. Eduardo Varqas, 42. Xuan Bernat, 118.

Valensiya: Visente Quayta, Joao Pereyra, Ceremi Matyu (Rikardo Kosta, 82), Sofiane Fequli, Xuan Bernat, Xavi Fueqo, Daniel Pareyo (Pablo Piatti, 110), Fede Kartabia (Jonas, 76), Seydu Keyta, Pako Alkaker, Eduardo Varqas.

Ehtiyat oyunçular: Jaume, Antonio Barraqan, Oriol Romeu, Mişel.

Baş məşqçi: Xuan Antonio Pizzi.

Bazel: Yann Sommer, Fabian Şkar, Behranq Safari (Breel Embolo, 116), Qaston Sauro, David Degen (Naser Aliji, 61), Serey Die, Matias Delqado (Covanni Sio, 53), Fabian Frey, Marselo Diaz, Məhəmməd Elneni, Xaka Taulant.

Ehtiyat oyunçular: Germano Vailati, Simon Dünki, Admir Seferaqiç, Albian Ajeti.

Baş məşqçi: Murat Yakın.

Sarı vərəqələr: Sofiane Fequli, 26. Seydu Keyta, 98. Eduardo Varqas, 104. Pako Alkaker, 113. Xuan Bernat, 115. Visente Quayta, 117 - Behranq Safari, 24. Məhəmməd Elneni, 62. Fabian Şkar, 65. Marselo Diaz, 74. Qaston Sauro, 104. Xaka Taulant, 106.

Qırmızı vərəqələr: Marselo Diaz, 101. Qaston Sauro, 105+1.

Baş hakim: Viktor Kassai (Macarıstan).

Valensiya. Mestalla stadionu.

Benfika (Portuqaliya) - Alkmaar (Hollandiya) 2:0

Qollar: Rodriqo Lima, 39; 71.

Benfika: Artur Moraes, Luisao, Guilherme Siqueyra, Ezekuiel Qaray, Silvio Pereyra (Andre Almeyda, 4), Lyubomir Feysa (Enzo Peres, 64), Miralem Süleymani (Lazar Markoviç, 73), Andre Qomes, Oskar Kardozo, Eduardo Salvio, Rodriqo Lima.

Ehtiyat oyunçular: Paulo Lopes, Jardel, Andre Almeyda, Filip Duriciç, Lima.

Baş məşqçi: Jorge Xesus.

Alkmaar: Esteban Alvarado, Mattias Yohansson, Nik Vierqever, Ceffrey Qouveleeuv, Jan Vuytens, Nemanya Qudelj, Viktor Elm, Steven Berquis (Tom Haye, 77), Kelso Ortiz (Markus Henriksen, 79), Aron Yohannsson, Roy Beerens (Yohann Qudmundsson, 77).

Ehtiyat oyunçular: İves De Vinter, Etyenn Reijnen, Donni Qorter, Denni Avdiç.

Baş məşqçi: Dick Advokaat.

Sarı vərəqələr: Eduardo Salvio, 31. Andre Qomes, 73 - Steven Berquis, 23.

Baş hakim: Pavel Kraloveç (Çexiya).

Lissabon. "Estadio da Luz" stadionu.

Yuventus (İtaliya) - Olimpik (Lion, Fransa) 2:1

Qollar: Andrea Pirlo, 4. Klaudio Marçisio, 68 - Cimmi Briand, 18.

Yuventus: Canluici Buffon, Qiorqio Çiellini, Martin Kakeres, Leonardo Bonuççi, Klaudio Marçisio, Andrea Pirlo, Kvadvo Asamoah, Arturo Vidal (Paul Poqba, 75), Maurisio İsla, Mirko Vuçiniç (Fernando Llorente, 59), Karlos Tevez (Sebastian Covinko, 78).

Ehtiyat oyunçular: Marko Storari, Anqelo Oqbonna, Stepan Lixtşteyner, Dani Osvaldo.

Baş məşqçi: Antonio Konte.

Olimpik: Antoni Lopes, Henri Bedimo, Bakari Kone, Samuel Umtiti, Cordan Ferri, Steed Malbranque (Qael Daniç, 76), Maksim Qonalons, Arnold Mvuemba, Korentin Tolisso, Aleksandre Lakazette (Bafetimbi Qomis, 70), Cimmi Briand (Klinton Njie, 70).

Ehtiyat oyunçular: Remi Verkoutre, Mehdi Zeffane, Milan Bişevaç, Nabil Fekir.

Baş məşqçi: Remi Qarde.

Sarı vərəqələr: Leonardo Bonuççi, 46. Klaudio Marçisio, 80 - Samuel Umtiti, 84. Maksim Qonalons, 88.

Baş hakim: Alberto Undiano Mallenko (İspaniya).

Turin. "Yuventus" stadionu.

Sevilya (İspaniya) - Portu (Portuqaliya) 4:1

Qollar: İvan Rakitiç, 5-pen. Vitolo, 26. Karlos Bakka, 29. Kevin Qameyro, 79 - Rikardo Kuareşma, 90+2.

Sevilya: Beto, Federiko Fazio, Fernando Navarro, Daniel Karriço, Niko Pareya, Coke, Stepan Mbia, İvan Rakitiç (Piotr Troxovski, 86), Vitolo, Karlos Bakka (Kevin Qameyro, 69), Xose Antonio Reyes (Dioqo Fiqueyras, 56).

Ehtiyat oyunçular: Xavyer Varas, Marko Marin, Visente İborra, Jayro Samperio.

Baş məşqçi: Unay Emeri.

Portu: Fabiano, Danilo (Kelvin, 64), Eliaquim Manqala, Dieqo Reyes, Aleks Sandro, Ektor Herrera, Karlos Eduardo (Xuan Quyntero, 46), Steven Defur, Rikardo Kuareşma, Silvester Varela (Rikardo, 46), Nabil Gilas.

Ehtiyat oyunçular: Kadu, Maykon, Josue, Lika.

Baş məşqçi: Luis Kastro.

Sarı vərəqələr: Coke, 32. Karlos Bakka, 66 - Eliaquim Manqala, 29. Silvester Varela, 31. Rikardo Kuareşma, 32. Rikardo, 75.

Qırmızı vərəqə: Coke, 54.

Baş hakim: Canluca Roççi (İtaliya).

Sevilya. "Ramon Sançes Pizxuan" stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm