Ağasəlim Mircavadov bağışlanıb?
Bizi izləyin

İdman

Ağasəlim Mircavadov bağışlanıb?

Ağasəlim Mircavadovun işsiz günləri baş çatmaq üzrədi

Azərbaycanın təcrübəli məşqçilərindən olan Ağasəlim Mircavadovun işsiz günləri baş çatmaq üzrədi.

Publika.az xəbər verir ki, “Xəzər Lənkəran”dan ayrıldıqdan sonra işsiz qalan təcrübəli futbol adamı bundan sonra U-21 yığmasında məsləhətçi postunu tutacaq. O, hazırda Antalyada təlim-məşq toplanışında olan millinin düşərgəsindədi. Qeyd edək ki, Mircavadovun U-21 yığmasının baş məşqçi postuna gətirilməsi ehtimalı da mövcuddu.

Məlumat üçün deyək ki, Mircavadov iddialı klublarımızla yanaşı, milli komandalarımıza da rəhbərlik edib.

Mətbuatda iddia olunurdu ki, Mircavadovun uzun müddət işsiz qalması, onun AFFA rəsmiləri tərəfindən “vurulma”sının nəticəsidi. Görünür, Mircavadov bağışlanıb…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm