Ulduz futbolçu həbs olunacaq
Bizi izləyin

İdman

Ulduz futbolçu həbs olunacaq

Ulduz futbolçu həbs olunacaq

Rusiya futbolunun ulduzu, hazırda “Zenit”də çıxış edən Andrey Arşavin problemlə üzləşib.

Publika.az xəbər verir ki, Arşavin aliment ödəmədiyinə görə “ölkəni tərk etməmək” qadağası ilə üzləşə bilər.

Ulduz futbolçu keçmiş həyat yoldaşına aliment ödəməməkdə ittiham olunur. Arşavin Londonda keçmiş həyat yoldaşının və 3 övladının maddi imkanlarını qarşılayacağı ilə bağlı müqavilə imzalayıb.

Müqavilənin şərtlərini yerinə yetirməyən Arşavin Avropanın hər hansı bir ölkəsinə gedərsə, həbs olunacaq.

Müqaviləyə əsasən, Arşavin illik gəlirinin yarsını övladlarına verməlidir. Onun “Zenit”lə bir illik müqaviləsi 2,5 milyon avro dəyərindədi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm