Maurinyonun cəriməsini azarkeşlər ödəyəcəklər
Bizi izləyin

İdman

Maurinyonun cəriməsini azarkeşlər ödəyəcəklər

"Çelsi"nin baş məşqçisi Joze Mourinyoya kəsilən cəriməni azarkeşlər ödəyəcəklər.

Publika.az-ın verdiyi xəbərə görə, portuqaliyalı məşqçi "Aston Villa" ilə matçda meydançaya girərək hakimə etiraz etdiyi üçün İngiltərə Futbol Federasiyası tərəfindən 8 min funt-sterlinq məbləğində cərimə edilib.
Bu qərardan sonra London klubunun azarkeşləri həmin cəriməni ödəmək üçün kampaniya başlayıblar. Onlar aprelin 13-ü, "Suonsi" ilə matça qədər 8 min funt sterlinq yığaraq Mourinyoya dəstək olacaq və pulu federasiyaya verəcəklər.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm