UEFA “Çelsi”ni hədələdi – Kurtua oynamalıdı
Bizi izləyin

İdman

UEFA “Çelsi”ni hədələdi – Kurtua oynamalıdı

“Atletiko”nun qapıçısı Tibo Kurtua Çempionlar Liqasının yarımfinal qarşılaşmalarında meydana çıxsa, "Madrid" klub hər oyun üçün “Çelsi”yə 3 milyon avro ödəməldi. Bu isə nonsensdir”.

Publika.az xəbər verir ki, UEFA belə bəyanatla çıxış edib. Müqavilə ilə “Çelsi”yə məxsus olan, icarə əsasında “Atletiko”da çıxış edən Kurtuanın Çempionalr Liqasında “Çelsi”yə qarşı oynaması üçün 6 milyon dolların tələb edilməsi UEFA-nı məsələyə müdaxilə etməyə vadar edib. Avropanın ali futbol qurumu “Çelsi”ni hədələyib.

Məsələ ilə bağlı UEFA-nın yaydığı bəyanatda deyilir: “Sağlam idman mübarizəsi – bu, UEFA-nın fundamental prinsipidi. Heç bir klub heç bir halda hansısa komandaya hansısa futbolçunu meydana buraxıb-buraxmamaq yönündə təzyiq göstərə bilməz. Bunu həyata keçirmək istəyənlər birbaşa UEFA-nın sanksiyası ilə üz-üzə qalacaq”.

Qeyd edək ki, “Atletiko”nun prezidenti Enriko Sereso “Çelsi”nin onlara rəqib olacağı təqdirdə Kurtuanın meydana çıxmayacağını bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm