Yunan futbolçu “Beşiktaş”ın baş məşqçisini ağlatdı - FOTOLAR
Bizi izləyin

İdman

Yunan futbolçu “Beşiktaş”ın baş məşqçisini ağlatdı - FOTOLAR

Yunan futbolçu “Beşiktaş”ın baş məşqçisini ağlatdı

Türkiyə Superliqasının son turunda baş tutan "Konyaspor" - "Beşiktaş" matçında maraqlı hadisə yaşanıb.

Publika.Az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, “Beşiktaş” komandasının baş məşqçisi Slaven Biliç hakimin oyunun əsas vaxtına əlavə etdiyi 3-üncü dəqiqədə rəqib komandasının vurduğu qoldan sonra göz yaşlarını saxlaya bilməyib.

Onun için-için ağladığı bildirilir.

“Beşiktaş” həmin vaxta kimi 0-1 hesabı ilə üstün idi. “Konyaspor”un bərabərlik qolunu yunan futbolçu Teofanis Gekas vurub.

S.Bilic “Beşiktaş”lı futbolçular tərəfindən sakitləşdirilib və o, komandada icarə əsasında çıxış edən “Galatasaray”lı futbolçu Daninin müşayiəti ilə partardəyişmə otağına yollanıb.

Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm