“Dopinq fırtınası” davam edir – Daha 9 idmançımız cəzalandı
Bizi izləyin

İdman

“Dopinq fırtınası” davam edir – Daha 9 idmançımız cəzalandı

Bir müddət əvvəl Azərbaycanın ağırlıqladıranlarının dopinq qalmaqalına görə cəzalanması cəmiyyətdə böyük ajiotaj yaratdı. Həmin vaxt publika.az özəl mənbədən əldə etdiyi məlumata əsasən xəbər vermişdi ki, daha 10 idmançımız cəzaya (http://publika.az/p/13198) məruz qalacaq. Məlumat təsdiqini tapıb. Publika.az xəbər verir ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası daha 9 idmançımızı cəzaya məruz qoyub.

Bunlar Elxan Əliquluzadə, Yuliya Derkaç, Yuri Dudoqlo, Firudin Quliyev, Kristina Yovu, Aluda Manaqadze, Nailxan Nəbiyev, Nicat Rəhimov və Tatyana Varlamovadır. Onların hamısı 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Bununla da cəzalı ağırlıqqaldıranlarımızın sayı 18-ə çatıb.

Qeyd edək ki, daha öncə 9 ağırlıqqaldıranımız - Silviya Angelova, Sərdar Həsənov, Valentin Xristov, Kamran İsmayılov, Alyona Kiriyenko, Marziyə Məhərrəmova, Kseniya Vişnitskaya, İntiqam Zairova və Zülfiqar Süleymanov cəzalandırılıb. Süleymanov ikinci dəfə dopinq-testdən keçə bilmədiyi üçün ömürlük, qalanları isə 2 il müddətinə diskvalifikasiya edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm