Vergi işçiləri arasında şahmat turniri - FOTO
Bizi izləyin

İdman

Vergi işçiləri arasında şahmat turniri - FOTO

Vergi işçiləri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turnirinə start verilib.

Vergi işçiləri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turnirinə start verilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təşkil edilib.

Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov turnirin iştirakçılarını salamlayaraq bildirib ki, ötən əsrin 70-ci illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başlamasından sonra şahmatın inkişafına güclü təkan verilib. Həmin dövrdə idmanın bu növünə göstərilən diqqət və qayğı nəticəsində ölkənin bir çox şəhər və rayonlarında onlarla şahmat məktəbləri və klublar açılıb, Azərbaycan şahmat məktəbi formalaşmağa başlayıb.

S.Ələkbərov Prezident İlham Əliyev tərəfindən də bu siyasətin uğurla davam etdirildiyini, bu məqsədlə dövlət başçısının 2009-2012-ci ildə respublikamızda şahmatın inkişaf etdirilməsi ilə bağlı ayrıca sərəncam imzaladığını və Dövlət Proqramının qəbul edildiyini vurğulayıb. Qeyd olunub ki, bütün bunların nəticəsində şahmatçılarımızın beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərin sayı gündən-günə artır. Bu sahədə əldə edilən uğurlar, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazanılan qələbələr respublikamızın gəncləri arasında şahmata marağı daha da artırır. Hazırda respublikada fəaliyyət göstərən 65 uşaq-gənclər şahmat məktəblərində və klublarda 40 minə yaxın uşaq və yeniyetmə məşğul olur.

Turnirdə vergi orqanlarının bütün struktur bölmələrindən ümumilikdə 32 əməkdaş iştirak edir. Bu ilki şahmat turnirində Azərbaycanın istedadlı şahmatçısı Vüqar Həşimovun xatirəsini yad etmək məqsədilə ən sürətli qələbə üçün xüsusi mükafat və diplom təsis edilib. Həmin mükafat yarışda ən qısa vaxt ərzində qalib gəlmiş iştirakçıya veriləcək. Olimpiya sistemi üzrə keçirilən turnir may ayının 3-də başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm