"Qarabağ" "qızıl"a yaxınlaşdı, "Neftçi" 2-ni əldən verdi - YENİLƏNİB
Bizi izləyin

İdman

"Qarabağ" "qızıl"a yaxınlaşdı, "Neftçi" 2-ni əldən verdi - YENİLƏNİB

Azərbaycan Premyer Liqasında XXX turun oyunları keçirilir. Bütün qarşılaşmalar eyni gündə baş tutur.

Azərbaycan Premyer Liqasında XXX turun oyunları keçirilib. Bütün qarşılaşmalar eyni gündə baş tutub.

"Bakı" "Xəzər Lənkəran"ı qəbul edib və tərəflər meydandan bir xalla ayrılıb - 2:2. Hesabı 2-ci dəqiqədə Junior Nildo açıb. 28-ci dəqiqədə Elias fərqi iki topa çatdırıb. Bu onun "Xəzər Lənkəran"da ilk qolu olub. Lənkəran klubu üstünlüyünü qoruya bilməyib və "Bakı" ikinci yarıda iki penalti hesabına bərabərliyi təmin edib. 51-63-cü dəqiqələrdə Əfran İsmayılov 11 metrlik cərimə zərbələrində dəqiq olub. 63-cü dəqiqədə Manuel Skarlatake qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

"Qəbələ" AZAL-ı qəbul edib. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Bununla da "Qəbələ"nin 3 oyunluq məğlubiyyət seriyasına son qoyulub. AZAL isə 6 oyundan sonra aktivinə xal yaza bilib. Həmçinin "təyyarəçilər"in yeni baş məşqçisi Tərlan Əhmədov ilk dəfə xal qazanaraq sevinib.

Eyni saatda başlamış digər matçda - "Sumqayıt" - "Simurq" qarşılaşmasında da qalib müəyyənləşməyib. Qarşılıqlı qollarıq vurulduğu matç 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 68-ci dəqiqədə Draqan Çeran açıb. Cəmi 3 dəqiqə sonra Rəhman Hacıyev bərabərliyi təmin edib.

"Neftçi" "İnter"in qonağı olub. Turun ilk qələbəsi bu matçda qeydə alınıb. Hesabı 47-ci dəqiqədə Matiya Şpiçiç açıb. 60-cı dəqiqədə Elvin Yunuszadə bərabərliyi təmin edib. Cəmi 5 dəqiqə sonra dublunu rəsmiləşdirən Şpiçiç "İnter"ə 2:1 hesablı qələbə qazandırıb. Bununlada "Neftçi" və "İnter"in xalları bərabərləşib - 51. Şəxsi oyunlarda "ağ-qaralar"dan üstün olan "bankirlər" ikinci pilləni ələ keçirib.

Tura "Qarabağ" - "Rəvan" oyunu ilə yekun vurulub. Azarkeşlər bu matçda qol şousuna şahidlik edib - 5:1. Hesabı 34-cü dəqiqədə Leroy Corc açıb. Holland futbolçu 52-ci dəqiqədə dubl edib. 3 dəqiqə sonra Muares Muarem fərqi 3 topa çatdırıb. 68-ci dəqiqədə Tyaqo Mirasema "Rəvan"ı sevindirib. 71-ci dəqiqədə Riçard Almeyda, 89-cu dəqiqədə isə Reynaldo Silva fərqlənib.

Bu qələbə sayəsində "Qarabağ" ən yaxın izləyiciləri ilə xal fərqini 13-ə çatdırıb. "Neftçi" "İnter"ə uduzduğundan, indi onların aktivində 54 xal var. "Qarabağ" isə 67 xalla turnir cədvəlinə başçılıq edir.

Premyer Liqa

2013/14 mövsümü

IV dövrə, XXX tur

12 aprel

Qəbələ - AZAL 0:0

Qəbələ: 1. Kamran Ağayev (k), 6. Vladimir Levin, 7. Marat İzmaylov (17. Nuran Qurbanov, 77), 9. Viktor Mendi, 10. Dodo, 11. Yannik Kamanan (19. Abdulvahid Afolabi, 66), 31. Daniel Subotiç, 34. Ürfan Abbasov, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva (8. Nizami Hacıyev, 55), 44. Rafael Santos.

Ehtiyat oyunçular: 27. David Petrkeviç, 2. Rail Məlikov, 16. Ruslan Tağızadə, 45. Murad Musayev.

Baş məşqçi: Yuri Syomin.

AZAL: 1. Ruslan Məcidov, 3. Aleksandr Şemonayev, 4. Aylton, 10. Con Oluremi, 15. Oskar Klava, 17. Viktor İbekoyi, 18. Samuel Barlay (89. Nedo Turkoviç, 75, 27. Rəşad Abdullayev (8. Qərib İbrahimov, 64), 26. Kərim Diniyev (5. Murad Ağayev, 69), 31. Şəhriyar Rəhimov, 32. Laşa Kasradze (k).

Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 19. Orxan Səfiyaroğlu, 20. Branislav Arsenyeviç, 23. Tural Nərimanov.

Baş məşqçi: Tərlan Əhmədov.

Sarı vərəqələr: Marat İzmaylov, 59 (əl ilə oyun) - Kərim Diniyev, 56 (qeyri-idman hərəkəti). Samuel Barlay, 66 (qeyri-idman hərəkəti). Viktor İbekoyi, 78 (qeyri-idman hərəkəti). Aylton, 84 (qeyri-idman hərəkəti). Aleksandr Şemonayev, 90 (qeyri-idman hərəkəti). Laşa Kasradze, 90+2 (qeyri-idman hərəkəti).

Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Cavanşir Yusifov, Ramiz Məhərrəmov.

AFFA nümayəndəsi: Ramiz Abdullayev.

Hakim-inspektor: Kərim Ağayev.

Qəbələ şəhər stadionu. 500 tamaşaçı

Bakı - Xəzər Lənkəran 2:2

Qollar: Əfran İsmayılov, 51-pen; 63-pen - Junior Nildo, 2. Elias, 28.

Bakı: 1. Aqil Məmmədov (k), 3. Yure Travner, 4. Mario Alvares, 5. Ruben Qonzales, 6. Vadim Abdullayev (20. Tural Qürbətov, 77), 7. Əfran İsmayılov, 8. Cavid Hüseynov (33. Nurlan Novruzov, 84), 10. Aleksandar Soliç (19. Marius Pena, 46), 12. Etto, 16. Juninyo, 23. Lukas Mario Horvat.

Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 2. Deyvidas Çesnauski, 30. Vüqar Bəybalayev, 34. Şəhriyar Əliyev.

Baş məşqçi: Milinko Pantiç.

Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 2. Slavik Alxasov (3. Vanderson Skarduelli, 71), 5. Tyeqo, 6. Rasim Ramaldanov (k), 8. Deyan Blajevski (20. Mbilla Etame, 78), 11. Zohair Benuahi, 12. Junior Nildo, 18. Tural Cəlilov, 23. Nikola Qliqorov, 27. Manuel Skarlatake, 30. Elias (14. Rahid Əmirquliyev, 66).

Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 4. Alvaro Silva, 7. Sadio Tounkara, 9. Orxan Əliyev.

Baş məşqçi: Mustafa Dənizli.

Sarı vərəqələr: Mario Alvarez, 27 (qeyri-idman hərəkəti). Lukas Mario Horvat, 34 (qeyri-idman hərəkəti). Marius Pena, 70 (qeyri-idman hərəkəti) - Manuel Skarlatake, 56 (qeyri-idman hərəkəti); 62 (qeyri-idman hərəkəti). Tyeqo, 90+3 (oyunun bərpasını gecikdirdiyi üçün).

Qırmızı vərəqə: Manuel Skarlatake, 62.

Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Nahid Əliyev, Teymur Fərhadov.

Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, Rəhim Həsənov.

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Gülağa Cabarov

"Bakı"nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı.

Sumqayıt - Simurq 1:1

Qollar: Draqan Çeran, 69 - Rəhman acıyev, 71.

Sumqayıt: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 4. Samir Abasov (k), 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk (8. Aqşin Muxtaroğlu, 90+2), 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov (92. Bəxtiyar Həsənalızadə, 90), 21. Məhəmməd Mirzəbəyov, 88. Mirzağa Hüseynpur (7. Pərdis Fərcad-Azad, 65), 99. Rəhman Hacıyev.

Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 2. Şəhriyar Xəlilov, 11. Ruslan Nəsirli, 18. Aleksandr Çertoqanov.

Baş məşqçi: Aqil Məmmədov.

Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Dilaver Zrnanoviç, 5. Anderson Oliveyra, 10. Rəşad Eyyubov (77. Nicat Qurbanov, 78), 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 21. Murad Səttarlı (7. Ruslan Poladov, 83), 30. Raul Kostin (22. Salif Ballo, 67).

Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Usim Nduka, 8. Patrik Osiako, 17. Rüstəm Məmmədov.

Baş məşqçi: Georgi Çixradze.

Sarı vərəqələr: İlkin Qırtımov, 10 (qeyri-idman hərəkəti). Anderson Oliveyra, 52 (qeyri-idman hərəkəti). Nicat Qurbanov, 88 (qeyri-idman hərəkəti).

Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Fərid Məmmədov.

Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Elvin Əsgərov.

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.

Hakim-inspektor: Məhəmməd Məmmədov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 3000 tamaşaçı

İnter - Neftçi 2:1

Qollar: Matiya Şpiçiç, 47; 66 - Elvin Yunuszadə, 61.

İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze (5. Slavço Georgiyevski, 55), 8. Mikel Alvaro, 15. Yohan Bokonyano, 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 28. Baçana Tsxadadze (24. Fuad Bayramov, 87), 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k) (11. Asif Məmmədov, 46), 88. Derlis Meza Kolli.

Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 9. Aleksandr İaşvili, 12. İvo Taborski, 30. Abbas Hüseynov.

Baş məşqçi: Kaxaber Tsxadadze.

Neftçi: 30. Saşa Stamenkoviç, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (8. Elşən Abdullayev, 79), 7. Araz Abdullayev (23. Ruslan Qurbanov, 68), 9. Flavinyo, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov (10. Cavid İmamverdiyev, 84), 22. Mahir Şükürov (k), 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.

Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 14. Bahodır Nasimov, 21. Samir Məsimov, 27. Məqsəd İsayev.

Baş məşqçi: Böyükağa Hacıyev.

Sarı vərəqələr: Yohan Bokonyano, 59 (hakimin qərarına etiraz). Slavko Georgievski, 78 (qeyri-idman hərəkəti); Baçana Tsxadadze, 81 (fitdən sonra topa zərbə). Mikel Alvaro, 90+2 (qeyri-idman hərəkəti) - Erik Ramos, 90+2 (qeyri-idman hərəkəti).

Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Mübariz Haşımov, Mahir Məmmədov.

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov.

AFFA nümayəndəsi: Elbrus Abbasov.

Hakim-inspektor: Xaqani Məmmədov.

"Şəfa" stadionu. 2200 tamaşaçı.

Qarabağ - Rəvan 5:1

Qol: Leroy Corc, 34; 65. Muarem Muarem, 62. Riçard Almeyda, 71. Reynaldo Silva, 89 - Tyaqo Mirasema, 68.

Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 24. Admir Teli, 99. Nikolas Gelaşvili.

Baş məşqçi: Qurban Qurbanov.

Rəvan: 85. Kamal Bayramov, 4. Mitya Moreç, 7. Elvin Həsənəliyev, 8. Julio Sezar, 15. Dmitri Kruqlov, 16. Orxan Lalayev, 18. Oke Akpoveta, 21. Novruz Məmmədov (k), 30. Cəmşid Məhərrəmov, 40. Mişel Balokoq, 41. Kamil Kopunek.

Ehtiyat oyunçular: 1. Lukas Sapela, 10. Tyaqo Mirasema, 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov, 19. Hüseyn Axundov, 20. Miloş Adamoviç, 24. Yamin Ağakərimzadə.

Hakimlər: Alik Yunusov, Mehman Mahmudov, Akif Əmirəli, Ziya Nəsirov.

AFFA nümayəndəsi: Oqtay Abdullayev.

Hakim-inspektor: Rövşən Əhmədov.

Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18.30.

1

Qarabağ

30

20

7

3

60-15

67

2

İnter

30

16

6

8

47-32

54

3

Neftçi

30

16

6

8

43-35

54

4

Bakı

30

14

7

9

47-33

49

5

Qəbələ

30

13

6

11

37-32

45

6

Simurq

30

10

10

10

32-24

40

7

Xəzər L

30

9

11

10

31-41

38

8

AZAL

30

6

9

15

27-44

27

9

Rəvan

30

3

9

18

17-55

18

10

Sumqayıt

30

3

9

18

20-50

18

Bombardirlər: Reynaldo (Qarabağ) - 19. Vaqif Cavadov (İnter) - 12. Daniel Subotiç (Qəbələ) - 11. Draqan Çeran (Simurq) - 10. Mbilla Etame (Xəzər Lənkəran), Baçana Tsxadadze (İnter) - 9. Əfran İsmayılov (Bakı), Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ) - 8.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm