İngiltərə futbolunu “fırladan” milyarderlər – FOTOLAR
Bizi izləyin

İdman

İngiltərə futbolunu “fırladan” milyarderlər – FOTOLAR

Goal.com İngiltərə Premyer Liqasının ən zəngin klub sahiblərini müəyyənləşdirib. Publika.az siyahını təqdim edir:

Mike Eşli (Nyukasl)

Sərvəti - 2.8 milyard dollar

"Sports Direct" adlı pərakəndə satış mağazasının sahibi olan Mike Eşli "Nyukasl"ın səhmlərinin bir hissəsini 91 milyon dollara almaqla hər kəsi təəccübləndirmişdi. Eşli daha sonra da qalan səhmləri 131 milyon dollara alaraq klubun sahibinə çevirilib.

Maraqlı: Eşli bir dəfə 335 min dollarlıq hesabı ödəmək üçün qumar oynayıb, amma qazana bilməyib.

Katarina Lieberr (Sautqempton)

Sərvəti - 3 milyard dollar

Katarina Lieberr 2010-cu ildə atasının gözlənilməz vəfatından sonra 3 milyard dollarlıq sərvətin sahibinə çevirilib. "Sautqempton"un bütün səhmlərinə sahib olan Lieberr klubun prezident vəzifəsini də Ralp Kruegerdən təhvil alıb.

Maraqlı: Katarina ""Sautqempton"u satmaq ehtimalının "0"a bərabər olduğunu deyir.

Şahid Xan (Fulhem)

Sərvəti - 3.8 milyard dollar

Şahid Xan "Forbes"in "Ən varlı 400 amerikalı" siyahısına 125-ci pillədən qoşulmuşdu. 1980-ci ildə "Flex-N-Gate" adlı avtomobil hissələri istehsal edən fabrik quran Xan qısa müddətdə içərisində böyük sərvətin sahibinə çevirilib. O, "Fulhem"i 2005-ci ildə 250 milyon dollara alıb.

Maraqlı: Şahid Xan 2010-cu ildə NFL klublarından "Louis Rams"dakı səhmlərini Stan Kroenkeyə satıb.

Ellis Şort (Sanderlend)

Sərvəti - 4 milyard dollar

İş dünyasının ən maraqlı simalarından biri olan Ellis Şort sərvətnin böyük hissəsini riskli yatrımlardan əldə edib. O, aralarında Almaniyanın "IKB Deutsche Industriebank AG" və Şotlandiyanın "Skibo Castle" kimi şirkətlərinin də olduğu bir çox böyük şirkətin səhmlərinə sahibdi. 2008ci ildə "Sanderlend"i satın alan iş adamı kluba bu günədək 335 milyon dollar xərcləyib.

Maraqlı: Ellis Şort "Sanderlend"in qələbə qazandığı son matçdan sonra təşkil etdiyi ziyafətdə 3 min dollarlıq bəxşiş vermişdi.

Stan Kroenke (Arsenal)

Sərvəti - 4 milyard dollar

Ticarətə daşınmaz əmlakın satışı ilə başlayan Kroenke daha sonra "Kroenke Sports Enterprises" adlı şirkət qurub. O, NFL-dən "St. Louis Rams", NBA-dan Denver Nuggets, NHL-dən "Colorado Avalanche", AFL-dən "Colorado Crush", MLS-dən "Colorado Rapids" kimi klubların hissələrini alıb. Kroenke bu klublarla yanaşı, Denverdəki "Pepsi Center"in də sahibidi. 2007-cü ildə "Arsenal"ın səhmlərinin böyük hissəsini alan iş adamı bunun üçün təxminən 1,2 milyard dollar xərcləyib.

Maraqlı: Kroenke "Wal-Mart" zincirinin varisi Ann Valtonla evlənib. Cütlüyün sərvəti təxminən 6 milyon dollardı.

Co Levis (Tottenhem)

Sərvəti - 4.2 milyard dollar

"Tavistock Group"un prezidenti Levisin bu holdinqi 1975-ci ildə bir çox sahələrə yatırım qoymağa başlayıb və hazırda 200-dən artıq şirkəti ətrafında birləşdirir. Enerji və yanacaq sahəsində bir çox yatırımı olan iş adamı cari mövsümdən əvvəl "Tottenhem"ə təxminən 150 milyon dollar xərcləmişdi.

Maraqlı: Levis hazırda "Aviva" adlı dəbdəbəli gəmisində yaşayır və işlərini burdan idarə edir. İş adamı həm də ümumi dəyəri təxminən 1 milyard dollar olan sənət kolleksiyasının sahibidi.

Malkolm Qleyzer (Mançester Yunayted)

Sərvəti - 4.5 milyard dollar

Gənc yaşında ailənin bütün işlərinin başına keçən nyu-yorklu iş adamı uğurlu yatırımları ilə şirkəti qısa müddətdə böyüdüb. Qlazer ticarət mərkəzlərinin idarəçiliyini həyata keçirən "First Allied Corporation" adlı qrupun da rəhbəridi. O, ilk dəfə idman sahəsinə 1995-ci ildə yatırım qoyub. NFL klublarından "Tampa Bay Buccaneers"i alan Qlazer daha sonra 1,3 milyard avro xərcləyərək "Mançester Yunayted"i almışdı. Klubun idarəçiliyi ilə oğlanları məşğul olur.

Maraqlı: Qlazer 1995-ci ildə "Bucs" üçün 192 milyon dollar ödəyib.

Roman Abramoviç (Çelsi)

Sərvəti - 13.8 milyard dollar

Neft sektorunda yatırımları ilə məşhurlaşan Abramoviç polad sənayesində də fəaliyyətə başlayıb. Böyük bir gəmi, təyyarə, maşın və ev kolleksiyasına sahib olan rusiyalı iş adamı 2003-cü ildə "Çelsi"ni satın aldıqdan sonra böyük pullar xərcləməyə başlayıb. Ölkəsində "National Academy of Football" adlı bir futbol akademiyası quran iş adamı Rusiyada 50-dən çox futbol meydançası tikdirib.

Maraqlı: Abramoviç 10 ən varlı rus iş adamlarından biridi.

Əlişir Usmanov (Arsenal)

Sərveti: 18.6 milyard dollar

Rusiyanın ən varlı iş adamı olan Usmanov metal və mədən sektorunda fəaliyyət göstərən şirkətlərin sahibidi. Texnologiya sektorunda da önəmli yatırımları olan iş adamı "Twitter"in ən böyük səhmdarlarından biridi. Ötən il "Apple" və "Facebook"dakı səhmlərini satan rusiyalı milyader "Arsenal"ın ən böyük səhmdarlarından hesab olunur. O, təxminən 1,5 il əvvəl açıq bir məktub yazaraq "Arsenal"ın iş modelini və idarəçilik üsulunu tənqid etmişdi.

Maraqlı: Usmanov son olaraq "Alibaba" adlı bir internet şirkəti qurub.

Mənsur bin Zayed Əl Nahyan (Mançester Siti)

Sərvəti - 31.5 milyard dollar

Şeyx Mənsur ümumi sərvəti təxminən 150 milyard dollar dəyərində olan bir ailənin nümayəndəsidi. O, şəxsi sərvətin böyük bir hissəsini neft sektorundan qazanıb. Şeyxin həmçinin "Virgin Galactic" (Kosmik uçuş şirkəti), "Daimler AG" (avtomobil şirkəti) və "Abu Dhabi Media Investment Corporation" kimi şirkətlərdə səhmləri var. 2008-ci ildə təxminən 1,5 milyard dollar qarşılığında "Mançester Siti"ni satın alıb. Heyx Mənsur bu günə qədər kluba böyük məbləğdə pul xərcləyib.

Maraqlı: Atlara böyük marağı olan Şeyx Mənsur öz atının şərəfinə festivallar təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm