Yarımfinalda ilk və ya 6 il əvvəlki görüşün davamı
Bizi izləyin

İdman

Yarımfinalda ilk və ya 6 il əvvəlki görüşün davamı

Bu həftə Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək. Publika.az xəbər verir ki, final iddiasında olan klublar artıq çərşənbə günü ilk oyunlarına çıxacaq.

Paytaxt derbisində üz-üzə gələcək “Neftçi” və “Rəvan” tarixləri ərzində ilk dəfə kubokda görüşəcək. “Qəbələ” və “Xəzər Lənkəran” isə əvvəllər də bu yarışda qarşılaşıb. Peşəkar Futbol Liqasının rəsmi internet saytı üz-üzə gələn cütlərin kubok yarışları tarixindəki oyunlarının balansını hazırlayıb:

Azərbaycan kuboku

Yarımfinal

16 aprel

17. “Neftçi” – “Rəvan”: indiyədək görüşməyiblər

18. “Qəbələ” – “Xəzər Lənkəran”

+0=1-1, top fərqi 2:4

6 il əvvəl də əyalət klublarının yolları yarımfinalda kəsişmişdi. Həmin vaxt hər iki oyunda tərəflər qol sevinci yaşamışdı. İlk oyunda səfər qələbəsi əldə edən “Xəzər Lənkəran” 6 il əvvəl finala çıxıb və sonda kuboku başı üzərinə qaldırmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm