“Fiorentina” “Qarabağ” qarşısına əsas heyətlə çıxmayacaq?
Bizi izləyin

İdman

“Fiorentina” “Qarabağ” qarşısına əsas heyətlə çıxmayacaq?

“Fiorentina” Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la oyuna əsas heyətlə çıxmayacaq.

Publika.az xəbər verir ki, bu iddianı İtaliya mətbuatı irəli sürüb. İtalyan həmkarlarımız “Bənövşəyilər”in baş məşqçisi Paulo Souzanın Azərbaycan çempionu ilə görüşdə güvənəcəyi start heyətini də yazıb.

Qapıçı: Çiprian Tataruşanu;

Müdafiəçilər: Nenad Tomoviç, Sebastyan de Mayo, Karlos Salsedo;

Yarımmüdafiəçilər: Maksimiliano Olivera, Karlos Sançes, Kristian Telyo, Matias Vesino;

Hücumçular: Sebastyan Kristoforo, Mauro Zarate, Kuma Babakar.

“Fiorentina” - “Qarabağ” matçı sentyabrın 29-da “Artemio Franki” stadionunda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm