Azərbaycan Türkiyə ilə qarşılaşacaq
Bizi izləyin

İdman

Azərbaycan Türkiyə ilə qarşılaşacaq

Yanvarın 20-dən etibarən Türkiyənin Manisa bölgəsində "Egey Kuboku" uğrunda mübarizəyə start veriləcək

Yanvarın 20-dən etibarən Türkiyənin Manisa bölgəsində "Egey Kuboku" uğrunda mübarizəyə start veriləcək.

Publika.az xəbər verir ki, artıq 15-ci dəfə təşkil olunan bu turnirdə Azərbaycanın 16 yaşlardan ibarət yığma komandası da iştirak edəcək.

8 ölkənin 16 yaşlıları yanvarın 25-nə qədər mübarizə aparacaqlar. Yığmalar 2 qrupda yer alıb. Artıq qruplar və oyunların keçirilmə tarixləri bəllidi:

A qrupu: Azərbaycan, Türkiyə, Ukrayna, Yunanıstan.

B qrupu: Fransa, ABŞ, Norveç, Şotlandiya.

Qeyd edək ki, 16 yaşlardan ibarət yığmamız yanvarın 20-də (Yunanıstan - Azərbaycan; 16:30), 21-də (Türkiyə - Azərbaycan; 16:30) və 23-də (Azərbaycan - Ukrayna; 14:00) meydana çıxacaq.

Final matçı isə yanvarın 25-də, Bakı vaxtilə 17:00-da "Manisa Atatürk" stadionunda keçiriləcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm