“Barselona”nın əfsanələri - Messi 8-cidir - FOTOLAR
Bizi izləyin

İdman

“Barselona”nın əfsanələri - Messi 8-cidir - FOTOLAR

Dünya mətbuatı “Barselona”da ən çox forma geyinən futbolçulardan ibarət “10-luq” siyahı tərtib edib. Siyahı “Barsa”da tarix yazmış futbolçuların adlarından ibarətdir. Siyahıya Xavi başçılıq edir. Messinin adı isə bu siyahıda hələlik 8-ci yerdədir.

Publika.Az “10-luğ”u diqqətinizə çatdırır:

1. Xavi – 1998-ci ildən formasını geyindiyi “Barsa”da 716 oyun keçirib.

2. Karles Puyol – 1999-cu ildən “Barselona”da 593 matçda çıxış edib.

3. Migeli - 1973-1989-cu illər ərzində çıxış etdiyi Katalon klubunda 549 oyunda forma geyinib. O, 16 illik karyerası ərzində 2 dəfə İspaniya çempionluğu və 2 dəfə də Kuboklar kuboku

4. Viktor Valdes – “Barselona”da 2002-ci ildən 535 oyunda qapı qarşısında dayanıb.

5. Andres İnyesta – ulduz futbolçu “Barselona”da şanlı tarix yazıb. 2002-ci ildən o, Katalon təmsilçinin 500 oyununda forma geyinib. O, yubiley matçını “Atletiko”ya qarşı keçirdi.

6. Karles Reşak – 1965-1981-ci illər ərzində “Barsa”nın 449 oyununda meydanda olub.

7. Gilyermo Amor – 1988-1998-ci illər ərzində “Barsa”nın rəngləri altında çıxış edib. O,421 matçda çıxış edib.

8. Lionel Messi – “Barselona”nın vazkeçilməz futbolçusu klubun forması ilə 2004-cü ildən 418 oyunda çıxış edib.

9. Andoni Subisaretta – 1986-1994-cü illərdə klubun formasını üzərində daşıyıb. O, “Barsa”da 410 oyunda meydanlarda olub.

10. Joan Seqarra – Katalonların əfsanəvi müdafiəçisi və kapitanıdır. O karyerasının 15 ilini klubda keçirib. (1949-1964). Bu illər ərzində o “Barselona”nın tərkibində 402 oyunda iştirak edib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm