• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Gimnastımız Dünya Kuboku mərhələsində 4-cü olub

  • İdman
  • 15 Aprel 2014 05:20
  • 378 Baxış
Gimnastımız Dünya Kuboku mərhələsində 4-cü olub

Azərbaycanlı gimnast Marina Durunda İtaliyanın Pezaro şəhərində keçirilən Dünya Kuboku mərhələsində dördüncü yeri tutub.

Publika.az Azərbaycan Gimnastika Federasiyasına istinadən verdiyi məlumata görə, milli komandanın lideri dörd finalın hamısında iştirak edib. Ən yaxşı nəticəyə isə ona dördüncü yeri qazandıran gürzlərlə hərəkətlərdə nail olub.

Marina Durunda topla kompozisiyada beşinci, halqa ilə altıncı, lentlə isə səkkizinci finalçı olub. Səbinə Abbasova, Siyana Vasilyeva, Aliyə Paşayeva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayevadan ibarət qrup hərəkətləri üzrə komanda finalda 10 gürzlə altıncı, 3 top və 2 lentlə hərəkətlərdə isə səkkizinci olub.

Yuniorlar arasında yarışlarda Jalə Piriyeva halqa ilə hərəkətlərə görə dördüncü yeri tutub, topla hərəkətlər isə ona beşinci yeri qazandırıb. Bu zaman Züleyxa İsmayılova lentlə hərəkətlərlə beşinci, gürzlərlə isə altıncı olub.

Bu arada Portuqaliyada batut və tamblinqdən tullanma üzrə Avropa çempionatı başa çatıb. Avropa yarışında ilk dəfə çıxış edən Oleq Piunov və Ruslan Ağamirov 66 iştirakçı arasında müvafiq olaraq 22-ci və 32-ci yerləri tutublar, Sabina Zaytseva isə 46 idmançı arasında 24-cü olub. Həmçinin belə yarışlarda ilk dəfə çıxış edən gənc tamblinqçi Türkel Üzeyirli 23-cü yeri tutub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR