Barda yaxalanan ulduzları cəzalandırdılar
Bizi izləyin

İdman

Barda yaxalanan ulduzları cəzalandırdılar

“Mançester Yunayted”in və İngiltərə millisinin 3 futbolçusu cəzaya məruz qalıb.

Publika.az xəbər verir ki, “Bavariya” ilə qarşılaşmadan 1 gün sonra gecə saat 03:20-də bara gedən Uelbek, Kleverli və Yanq jurnalistlər tərəfindən yaxalanıblar. Fotoqrafların obyektinə düşən futbolçular klubun bazasına dəvət olunublar. Baş məşqçi Moyes onlarla söhbət edərək ciddi xəbərdarlıq edib. Bundan sonra futbolçular planlaşdırılmayan məşqə məcbur ediliblər. Futbolçulara pul cəzası da kəsilib. Onlar bir həftəlik məvaciblərindən məhrum olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm