Fernandes “Beşiktaş”ı ruslara “satdı”
Bizi izləyin

İdman

Fernandes “Beşiktaş”ı ruslara “satdı”

Fernandesin Moskva “Lokomotiv”i ilə anlaşdığı bildirilir

Mövsümün sonunda “Beşiktaş”la müqaviləsi bitəcək Manuel Fernandeslə bağlı şok məlumat yayılıb.

Publika.az xəbər verir ki, futbolçunun, hələ ötən mövsümdən onu transfer etmək istəyən Moskva “Lokomotiv”i ilə anlaşdığı bildirilir.

Fernandes Rusya klubuna havayı başa gələcək. Bu da “Beşiktaş”ın xeyli ziyana düşməsi deməkdi. Məsələ burasındadır ki, “Lokomotiv” ötən mövsüm Manuelə görə İstanbul klubuna 10 milyon avro təklif etmişdi.

Ancaq “Beşiktaş” bu təklifdən imtina edərək, Fernandesin satılımadığını bildirmişdi.

“Beşiktaş” “satılmır” desə də, Fernandes “qartal”ı rahatlıqla “satdı”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm