Taysonu örnək götürən ilk peşəkar boksçumuz üçün özəl gün - FOTOLAR
Bizi izləyin

İdman

Taysonu örnək götürən ilk peşəkar boksçumuz üçün özəl gün - FOTOLAR

Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədovun bu gün doğum günüdür.

Publika.Az-məlumat verir ki, 1980-ci il 15 aprel doğumlu Fariz Məmmədov 34-cü yaş gününü qeyd edir.

F.Məmmədov Azərbaycanın ilk peşəkar boksçusudur. O, yerli mediaya danışarkən, boksu çox sevdiyini, bu idman növünün onun həyat tərzi olduğunu vurğulayıb.

Fariz Məmmədov həmçinin qeyd edib ki, Azərbaycanın peşəkar boksunu dünyada tanıtmaq niyyətindədir

Onun boksda örnək götürdüyü sima Mayk Taysondur. Hazırda boksçu I Avropa Oyunlarına qatılmağı hədəfləyib.

Onun daha bir hədəfi isə peşəkar boksda məşhur versiyalardan sayılan WBO, WBC, WBA və İBF-in birində Avropa kəmərinə yiyələnməkdir. Məmmədov vaxtilə bu versiyalardan 3-də "İntercontinental" kəməri qazanıb.

Qeyd edək ki, peşəkar boksçumuz iki dəfə Həcc ziyarətində olub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm