AFFA-dan “Xəzər Lənkəran”a sərt cəza
Bizi izləyin

İdman

AFFA-dan “Xəzər Lənkəran”a sərt cəza

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Publika.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın XXX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

"Bakı" ilə oyunun 62-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Manuel Skarlatake idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 200 manat cərimə olunurb. Qarşılaşmanın 90+2-ci dəqiqəsində “Bakı”nın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimələnib. Oyun başa çatdıqdan sonra isə “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalandırılıb, klub 5000 manat cərimə edilib.

"Qarabağ"la matçın 89-cu dəqiqəsində “Rəvan”ın futbolçusu Orxan Lalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alaraq meydanı tərk edib. Bu səbəbdən o, 1 oyunluq cəzalandırılıb, klub 200 manat cərimələnib.

AZAL "Qəbələ" ilə oyunda 6, "İnter" "Neftçi" ilə matçda 4 futbolçusu sarı vərəqə aldığından 1000 manat ziyana düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm