İdmançılarımız Avropa çempionatından 7 medalla qayıdır
Bizi izləyin

İdman

İdmançılarımız Avropa çempionatından 7 medalla qayıdır

İspaniyanın Kaseres şəhərində yeniyetmə və gənclər arasında sambo üzrə Avropa birinciliyinə yekun vurulub. Publika.Az xəbər verir ki, samboçularımız yarışda 7 medal qazanıb.

Yeniyetmələrin mübarizəsində Fərid Qardaşxanov (56 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Natiq Sarıyev (65 kq) gümüş, Elton Quliyev (60 kq) və Etibar Zeynalov (87 kq-dan yuxarı) bürünc medala layiq görülüb. Gənclərin yarışında isə Fuad Məmmədov (57 kq), Elvin Ağayev (62 kq) ikinci, Ülvi Xankişiyev (48 kq) üçüncü olub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm