150 min dollarlıq tələb-“Xəzər Lənkəran”dan FİFA-ya şikayət edildi
Bizi izləyin

İdman

150 min dollarlıq tələb-“Xəzər Lənkəran”dan FİFA-ya şikayət edildi

150 min dollarlıq tələb-“Xəzər Lənkəran”dan FİFA-ya şikayət edildi

"Xəzər Lənkəran"dan qovulan qapıçı Toni Doblas cənub klubundan FİFA-ya şikayət edib.

Publika.az xəbər verir ki, ispaniyalı futbolçu haqqının yeyildiyini iddia edir. O, FİFA-ya yazdığı şikayət məktubunda bildirib ki, müqaviləsi ola-ola onu klubdan uzaqlaşdırıblar və təzminat da ödəməyiblər. İspaniyalı qapıçı "Xəzər Lənkəran"dan 150 000 dollar təzminat haqqı istəyir.

Qeyd edək ki, bu, “Xəzər Lənkəran”la bağlı ilk belə hal deyil. Cənub klubunda çıxış etmiş futbolçular pullarının verilmədiyini iddia edərək, dəfələrlə FİFA-ya şikayət ediblər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm