• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Ağ canavar” döyüşə hazırlaşır - FOTOLAR

  • İdman
  • 16 Aprel 2014 11:12
  • 4 458 Baxış
“Ağ canavar” döyüşə hazırlaşır - FOTOLAR

Bakı Əyləncə Mərkəzi maraqlı döyüşə şahidlik edəcək. Belə ki, mərkəzdə kikboksinq üzrə möhtəşəm yarış baş tutacaq. Həmin yarışda titullu idmançılar mübarizə aparacaq. Möhtəşəm döyüşdə dünyanın ən titullu idmançılarından - 17 qat dünya çempionumuz, kikboksçu Eduard Məmmədov da iştirak edəcək.

“Ağ canavar” ləqəbli dünya çempionu yarışla bağlı Publika.Az-a danışdı:

Ümumi məlumat

“Aprelin 27-də Bakı Əyləncə Mərkəzinin "Eliza" zalı “FIGHT VISION 3” yarışı keçiriləcək.

“FIGHT VISION 3” – peşəkar yarışıdır. 1 və 2-ci hissələri keçirilib. 3-cü hissədə isə Azərbaycan və Hollandiya idmançıları mübarizə aparacaq. Burada 12 döyüş keçiriləcək. Mən “Neftçi İSM”in idmançısı kimi mübarizə aparacam. Rəqibim dünya çempionu Hollandiyalı Ruben Narain adlı idmançıdır. Onunla dünya kəməri uğurunda döyüşəcəyik. Tam peşəkar bir döyüş olacaq. Yəni kaskasız, ancaq əlcəklə… Qalib olan kəmərə sahib olacaq”.

“Qızlar da döyüşəcək”

“Məndən başqa burada bizim titullu idmançılarımız - Ağalar Sadıqzadə, Anar Məmmədov, Araz Pirməmmədov döyüşəcək. Həmçinin burada bizim idmançı qızlarımız da mübarizə aparacaq. Hollandiyalı qızlarla bizim qızlar arasında iki döyüş baş tutacaq. Düşünürəm ki, çox maraqlı döyüş olacaq”.

3 kəmər

“Bu yarışda 3 dünya kəməri uğrunda mübarizə aparılacaq. Öncədən bildirdiyim kimi bunlardan biri mənəm. Həmçinin maraqlısı ondadır ki, burada 12 yaşı idmaçımız Nicat da kəmər uğrunda vuruşacaq. Nicat bir çox döyüşlərin qalibidir”.

Yarışın təşkilatçısı və fəxri qonaqlar

Yarışın təşkilatçısı, promouteri “Kaspian Klub”un prezidenti Aydın Nəcəfzadədir. Amma yarış həmişəki kimi Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevin rəhbərliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq.

Bir sözlə, maraqlı döyüş şousu baş tutacaq. Həmçinin bizim fəxri qonaqlarımız da olacaq. Ədalət Şükürov və Samir Priyev qonaq qismində gələcək, həmçinin mahnıları ilə açılış edəcəklər.

Güclü rəqibə uyğun özəl taktika

Güclü məşqlərimiz olub. Həmişə olduğu kimi mən müəllimim Çingiz Eyvazovla şəxsi məşqlər keçirirəm. Öz proqramımıza uyğun olaraq. Mən rəqibimin bir neçə döyüşünü izləmişəm. Rəqibimin güclü olduğunu bilirəm. Boyda məndən hündür döyüşçüdür. İndi ona uyğun bir taktika uzərində işləyirik. Çingiz müəllimlə illərdir çiyin-çiyinəyik. Hər zaman yeni texnika, yeni taktikalar üzərində işləyirik.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR