• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dünya futbolunun faciələri – FOTOLAR

  • İdman
  • 16 Aprel 2014 11:25
  • 1 340 Baxış
Dünya futbolunun faciələri – FOTOLAR

İngiltərənin Şeffild şəhərindəki “Hillsboro” stadionunda baş verən faciədən 25 il ötdü. 1989-cu ilin 15 aprelində 96 nəfərin ölümü ilə nəticələnən olay futbol tarixində ilk və son faciə deyil. Publika.az stadionlarda baş verən dəhşətli faciələri təqdim edir.

“Estadio Nacional” stadionu. Lima, Peru: 318 ölü

14 may 1964-cü ildə Peru ilə Argentina arasında keçirilən matçda argentinalıların 1:0 hesablı qələbəsindən sonra hakimə hücum etmək istəyən yerli azarkeşləri dayandırmağa çalışan polis bibər qazından istifadə edib. Bundan sonra ara bir anda qarışıb və qapıları kilidli olan stadiondan çıxa bilməyən 318 azarkeş həlak olub.

“Akkra Sports” stadionu. Akkra, Qana: 127 ölü

9 may 2001-ci ildə “Hearts of Oak” və “Asante Kotoko” klubları arasında keçirilən matçda polis azarkeşlər arasında düşən davanı sakitləşdirmək üçün bibər qazı və plastik güllələrdən istifadə edib. Lakin polisin müdaxiləsindən sonra vəziyyət daha da gərginləşib və 127 nəfər ölüb.

“Hillsboro” stadionu. Şeffild, İngiltərə: 96 ölü

15 aprel 1989-cu ildə “Liverpul” və “Notthinghem Forest” arasında keçirilən Federasiya Kubokunun yarımfinal matçı İngiltərə futbol tarixinin ən qanlı olaylarından birinə səhnə olub. Matçın başlamasından sonra 4 mindən artıq azarkeş stadiona girməyə çalışıb, polis olayların qarşısını almaq üçün turniketləri olmayan girişləri də açıb. Nəticədə əvvəlcədən meydana girmiş azarkeşlər dəmir barmaqlıqlara sıxılıb, bəziləri isə eyvandan tullanıb. Nəticədə 96 nəfər ölüb, 766 nəfər yaralanıb.

“Port Said” stadionu. Port Said, Misir: 74 ölü

2012-ci ilin 1 fevralında “Əl-Masri” və “Əl-Əhli” arasında oynanılan matçdan sonra iki klubun azarkeşləri arasında düşən davada 74 nəfər döyülərək, bıçaqlanaraq və tribunadan atılaraq öldürülüb.

“İbrox Park” stadinu. Qlazqo, Şotlandiya: 66 ölü

1971-ci ilin 2 yanvarında “Reyncers”lə “Seltik” arasında baş tutan derbidə “Reyncer”sin əlavə dəqiqlərdə qol vurmasından sonra stadionu tərk etmiş azarkeşlər geri dönməyə çalışıb və yaranan izdiham 66 nəfərin ölümünə səbəb olub.

“Valley Parade” stadionu. Bredford, İngiltərə: 56 ölü

11 may 1985-ci ildə “Bradford Siti” və “Linkoln Siti” arasında keçirilən matçda yanğın baş verib və 56 nəfər həlak olub.

“Heyzel” stadionu. Brüssel, Belçika: 39 ölü

1985-ci ilin 29 mayı futbol tarixinin ən unudulmaz fəlakətlərindən birinin yaşandığı gün kimi yaddaşlara yazılıb. Çempionlar Kubokunun Brüsseldə keçirilən “Liverpul” – “Yuventus” matçında ingilis fanatlar italyanlara hücum edib. Nəticədə stadionun divarlarından biri çöküb, 38 italyan və 1 belçikalı fanat həlak olub. Bu olaydan sonra UEFA “Liverpul”u 6, digər ingilis klublarını 5 il avrokuboklardan kənarlaşdırıb.

“Ellispark” stadionu. Yohannesburq, CAR: 43 ölü

11 aprel 2001-ci ildə CAR-ın paytaxtı Yohannesburqda “Orlando Pirates” və “Kayzer Çiefs” klubları arasında keçirilən matç zaman tribunalarda yaranan qarışıqlıq nəticəsində 43 nəfər həytını itirib. Bu olay CAR futbol tarixinin ən qanlı olayı hesab olunur.

“Kayseri Atatürk” stadionu. Kayseri, Türkiyə: 43 ölü

17 sentyabr 1967-ci ildə keçirilən “Kayserispor” – “Sivasspor” matçının 20-ci dəqiqəsində meydan sahibləri hesabı açıb. Bundan sonra tribunalar qarışıb, kayserili fanatlar sivaslılara hücum edib. Qarışıqlıq nəticəsində 43 nəfər əzilmə və havasızlıq üzündən ölüb. Bu olaydan sonra Sivasda yaşayan kayserililər yerli əhalinin hücumuna məruz qalıb, çox sayda iş yeri dağıdılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR