Bakıda görünməmiş olay gerçəkləşəcək - FOTOLAR
Bizi izləyin

İdman

Bakıda görünməmiş olay gerçəkləşəcək - FOTOLAR

Bakıda görünməmiş olay gerçəkləşəcək - FOTOLAR

Bakı Əyləncə Mərkəzində “FIGHT VISION 3” kikboksinq yarışının keçiriləcəyi ilə bağlı məlumat vermişdik. Bu döyüş şousu Azərbaycan Kikboksinq federasiyasının prezidenti Adil Əliyevin rəhbərliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq. Yarışın əsas təşkilatçısı və promouteri isə Aydın Nəcəfzadədir.

Aydın müəllim yarışın əsas məqsədilə bağlı Publika.Az-a danışıb: “Yarışın keçirilmə ideyasını mən təklif etmişdim. Dünya çempionumuz Eduard Məmmədovla da oturub məsləhətləşdik və qərara gəldik ki, belə bir döyüş təşkil edək. Düşünürəm ki, bu cür yarışlar idmançılarımızın tanınmasına da yardım edəcək. Məsələn, burada reytinqli döyüşlər var, dünya kəməri uğrunda mübarizə aparılacaq. Burda reytinq uğrunda döyüşənlər də var. 3 dünya kəməri uğrunda mübarizə olacaq. Bir sözlə, düşünürük ki, bu yarış idmanımızın gələcəyi üçün atılan bir addımdır.

İdmançılara bu təklifi edərkən çox bəyəndilər. Bizim bu fikirimizi dəstəklədilər. Təbii ki, idmançılarımız cənab prezidentimiz İlham Əliyevin idmana olan böyük dəstəyini görür və bilirlər. Buna görə də bu yolda irəliləmək, vətənin xeyrinə olacaq işlər görmək istəyirlər. Bizim də məqsədimiz budur”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm