"Qəbələ"dən qələbə, "Neftçi"yə son dəqiqə şoku
Bizi izləyin

İdman

"Qəbələ"dən qələbə, "Neftçi"yə son dəqiqə şoku

Azərbaycan Kubokunda 1/2 final mərhələsinə start verilib. Hər iki oyun eyni gündə baş tutub.

Azərbaycan Kubokunda 1/2 final mərhələsinə start verilib. Hər iki oyun eyni gündə baş tutub.

"Qəbələ" doğma meydanda "Xəzər Lənkəran"ı qəbul edib. Hər iki komanda Premyer Liqada iddiasını itirib və Avropa Liqasına vəsiqə üçün bütün ümidini kuboka bağlayıb. Bu səbəbdən bölgə klublarının qarşılaşması maraqla gözlənilirdi. Premyer Liqada uğursuz çıxışını davam etdirən və son qələbəsini fevralın 19-da qazanan "Qəbələ" ötən tur yenildiyi "Xəzər Lənkəran"a qarşı fərqli oyun sərgiləyərək gözlənilməz nəticəyə imza atıb - 3:0. Hesabı 53-cü dəqiqədə Nizami Hacıyev açıb. 6 dəqiqə sonra Viktor Mendi fərqlənib. 72-ci dəqiqədə dubl edən Hacıyev darmadağını rəsmiləşdirib - 3:0. Beləliklə, böyükhesablı qələbə qazanan "Qəbələ" cavab qarşılaşmasını bir növ formal oyuna çevirib.

Digər oyunda "Neftçi" "Rəvan"ı qəbul edib. Hesabı 52-ci dəqiqədə Araz Abdullayev açıb. Hamı "Neftçi"nin qələbə qazanacağını gözləsə də, bu baş verməyib. Belə ki, 90+2-ci dəqiqədə fərqlənən Tyaqo Mirasema "Rəvan"ı sevindirib. Bununla da Güvənc Kurtarın yetirmələri finala gedən yolda böyük üstünlük eldə edib. Belə olan halda "Rəvan"a cavab matçında qolsuz heç-heçə də sərf edəcək.

Azərbaycan Kuboku

2013/14 mövsümü

1/2 final (ilk oyunlar)

16 aprel

Qəbələ - Xəzər Lənkəran 3:0

Qollar: Nizami Hacıyev, 53; 72. Viktor Mendi, 59.

Qəbələ: 1. Kamran Ağayev (k), 6. Vladimir Levin, 7. Marat İzmaylov, 8. Nizami Hacıyev, 9. Viktor Mendi (22. Lourival Assis, 85), 16. Ruslan Tağızadə, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 46. Davronjon Erqaşev.

Ehtiyat oyunçular: 27. David Pietrzkeviç, 2. Rail Məlikov, 4. Amit Quluzadə, 19. Abdulvahid Afolabi, 42. Leonardo da Silva, 45. Murad Musayev.

Baş məşqçi: Yuri Syomin.

Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo, 6. Rasim Ramaldanov, 8. Deyan Blajevski (7. Sadio Tounkara, 60), 11. Zohair Banouahi (12. Junior Nildo, 59), 14. Rahid Əmirquliyev, 18. Tural Cəlilov, 20. Mbilla Etame, 23. Nikola Qliqorov (30. Elias, 75), 27. Manuel Skarlatake.

Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 4. Alvaro Silva, 10. Elnur Abdullayev.

Baş məşqçi: Mustafa Dənizli.

Sarı vərəqələr: Davronjon Erqaşev, 37 (qeyri-idman hərəkəti). Ürfan Abbasov, 74 (qeyri-idman hərəkəti). Marat İzmaylov, 86 (hakimin qərarına etiraz) - Rasim Ramaldanov, 45 (qeyri-idman hərəkəti). Rahid Əmirquliyev, 53 (qeyri-idman hərəkəti).

Hakimlər: Rəhim Həsənov. Yaşar Abbasov, Akif Əmirəli, Ömər Paşayev.

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Elvin Əsgərov.

AFFA nümayəndəsi: Qürbət Həsənov.

Hakim-inspektor: Şahin Cəfərov.

Qəbələ şəhər stadionu. 2000 tamaşaçı.

Neftçi - Rəvan 1:1

Qollar: Araz Abdullayev, 52 - Tyaqo Mirasema, 90+2.

Neftçi: 1. Pavel Doroşev, 2. Karlos Kardoso, 4. Tərlan Quliyev, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavinyo, 10. Cavid İmamverdiyev, 16. Bruno Bertuççi, 27. Məqsəd İsayev, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.

Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitreski, 8. Elşən Abdullayev, 21. Samir Məsimov, 23. Ruslan Qurbanov, 95. Elvin Bədəlov.

Baş məşqçi: Böyükağa Hacıyev.

Rəvan: 1. Lukaş Sapela, 4. Mitya Moreç, 8. Julio Sezar, 16. Orxan Lalayev, 18. Oke Akpoveta, 19. Hüseyn Axundov , 21. Novruz Məmmədov (k), 25. Ayaz Mehdiyev, 30. Cəmşid Məhərrəmov, 40. Mişel Balokoq, 41. Kamil Kopunek.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 7. Elvin Həsənəliyev, 10. Tyaqo Mirasema, 14. Xuan Manuel Varea, 15. Dmitri Kruqlov, 17. Ramazan Abbasov, 20. Miloş Adamoviç.

Baş məşqçi: Güvənc Kurtar.

Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Zeynal Zeynalov, Fariz Yusifov.

Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ramil Diniyev.

AFFA nümayəndəsi: Nüvər Xasıyev.

Hakim-inspektor: Məlik Həsənov.

"Bakcell Arena". Saat 19.00.

Bombardirlər: Mbilla Etame (Xəzər Lənkəran) - 3. Aleksandr İaşvili (İnter), Asif Məmmədov (İnter), Sadio Tounkara (İnter), Vüsal Qarayev (Rəvan), Elvin Adişirinli (Şuşa), Reynaldo Silva (Qarabağ), Rəşad Eyyubov (Simurq), Viktor Mendi (Qəbələ), Nizami Hacıyev (Qəbələ) - 2.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm