İzmaylovu Lənkərana buraxmayacaqlar
Bizi izləyin

İdman

İzmaylovu Lənkərana buraxmayacaqlar

İzmaylovu Lənkərana buraxmayacaqlar

"Qəbələ" "Xəzər Lənkəran"la cavab matçına tam heyətlə yollanmayacaq. Publika.az xəbər verir ki, Yuri Syomin bu oyunda Marat İzmaylovun xidmətindən yararlana bilməyəcək.

Buna səbəb rusiyalı futbolçunun cəzalı olmasıdır. 1/4 finalın "Qarabağ"la matçının 86-cı dəqiqəsində sarı vərəqə alan Marat "Xəzər Lənkəran"la qarşılaşmanın 54-cü dəqiqəsində cəzalanıb. İzmaylov hər iki halda hakimin qərarına etiraz etdiyinə görə vərəqə görüb. Bu səbəbdən o, yarımfinalın cavab matçını buraxmalı olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm