UEFA naxçıvanlıları səhv saldı - FOTO
Bizi izləyin

İdman

UEFA naxçıvanlıları səhv saldı - FOTO

UEFA naxçıvanlıları səhv saldı - FOTO

Aprelin 24-də Bakıda UEFA Futzal Kubokunun final mərhələsi keçiriləcək. Artıq dünya idman mətbuatı bu yarışı geniş işıqlandırır. UEFA-nın rəsmi saytı da turnirlə bağlı məlumatlar dərc edir. Ancaq ali futbol qurumunun rəsmi saytında Azərbaycan təmsilçisi Naxçıvanın “Araz” komandası ilə bağlı yanlışlığa yol verilib.

Publika.az xəbər verir ki, UEFA-nın rəsmi saytında “Araz”ın emblemi səhv göstərilib. Saytda İmişlinin “MKT-Araz” komandasının emblemi yerləşdirilib. Təbii ki, Avropanın elit komandaları sırasında yer alan təmsilçimizin embleminin səhv salınması üzücü məqamdı. Ancaq buna görə təkcə UEFA-nı günahlandırmaq olmaz. “Araz” Avropanın elit komandaları arasında olsa da, klubun idaretmə sistemində peşəkarlıq hiss olunmur. Təsəvvür edin ki, Avropanın 4 ən güclü klubu arasında olan “Araz”ın rəsmi saytı yoxdu. Deyəsən heç emblemi də... Belə olan təqdirdə UEFA-nın Naxçıvan “Araz”ını İmişlinin “MKT-Araz”ı ilə səhv salması da başadüşüləndir.

İnternet qaynaqlarını ələk-vələk etsək də, “Araz”ın emblemini tapa bilmədik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm