Simeone “Atletiko”nu Argentinaya dəyişir
Bizi izləyin

İdman

Simeone “Atletiko”nu Argentinaya dəyişir

Simeone “Atletiko”nu Argentinaya dəyişir

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone Argentina millisini çalışdıra bilər.

Publika.az xəbər verir ki, bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Argentina millisinin hazırkı baş məşqçisi Alexandro Sabelyanın müqaviləsi 2015-ci ildə başa çatır. İddialara görə, 59 yaşlı mütəxəssis Braziliyada keçiriləcək dünya çempionatından sonra postunu tərk edəcək, onu yerini isə Simeone tutacaq.

Simeonenin başçılıq etdiyi “Atletiko” hazırda İspaniya çempionatında liderlik edir. Çempionatın başa çatmasına 5 tur qalmış “Atletiko” “Real”ı 3, “Barselona”nı 4 xal qabaqlayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm