“Fənərbaxça”-“Neftçi” ilə bacarmadı: 0-0
Bizi izləyin

İdman

“Fənərbaxça”-“Neftçi” ilə bacarmadı: 0-0

Bakının "Neftçi" futbol klubunun “Fənərbaxça” ilə yoldaşlıq görüşü bu gün Antalyanın “Mardan” stadionunda keçirilib

Bakının "Neftçi" futbol klubunun “Fənərbaxça” ilə yoldaşlıq görüşü bu gün Antalyanın “Mardan” stadionunda keçirilib

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” ilə “Fənərbaxça” klubu ilə yanvarın 18-də hazırlıq oyunu keçirib. “Fənərbaxça” ilə yoldaşlıq görüşü Antalyanın “Mardan” stadionunda baş tutub. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayıb.

“Fənərbaxça”-“Neftçi” oyununun 1-ci hissəsi 0-0 hesabı ilə sona çatdı. Oyun "Fənərbaxça"nın tam üstünlüyü ilə keçib. Hətta, bir dəfə top "Neftçi"nin qapı dirəyinə də dəyib.

Yoldaşlıq görüşü 0-0 hesabı ilə sona çatıb.

Xatırladaq ki, təmsilçimiz Antalyadakı ilk hazırlıq oyununda Albaniyanın "Partizani" klubunu 2:0 hesabı ilə məğlub edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm