"Qəbələ"nin məşqçiləri "Yuventus"un düşərgəsində
Bizi izləyin

İdman

"Qəbələ"nin məşqçiləri "Yuventus"un düşərgəsində

"Qəbələ"nin məşqçiləri "Yuventus"un düşərgəsində

Hazırda Stefano Qusella turnirində iştirak məqsədilə İtaliyanın Turin şəhərində səfərdə olan "Qəbələ"nin U-15 komandasının məşqçilər heyəti "Yuventus" Futbol Akademiyasını ziyarət edib.

Publika.az xəbər verir ki, akademiyanin direktor müavini Cüzeppe Geriyanın müşayiəti ilə akademiya binası və ofisləri ilə tanış olan nümayəndə heyətimiz U-19, U-16 U-15 komandalarının meydançada, U-17 komandasının isə fitness zalında məşqlərini izləyib.

Yekunda iki akademiya məşqçiləri arasında görüş keçirilib. Geriya, U-19 komandasının məşqçisi, sabiq futbolçu, dünya çempionu Fabio Qrosso və "Yuventus"un digər məşqçilərinin iştirakı ilə baş tutan görüşdə "Yuventus" Futbol Akademiyası haqqında suallar cavablandırılıb. "Yuventus" rəsmiləri bugün start götürəcək Stefano Qusella xatirə turnirində "Qəbələ"nin oyununu izləyəcəklərini bildiriblər.

Qeyd edək ki, nümayəndə heyəti sabah İtaliya çempionatının 34-cü turu çərçivəsində baş tutacaq "Yuventus" - "Bolonya" matçını izləyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm