İki dəfə az məvaciblə bir illik təklif
Bizi izləyin

İdman

İki dəfə az məvaciblə bir illik təklif

İki dəfə az məvaciblə bir illik təklif

“Çelsi” komandanın kapitanı Con Terriyə bir illik müqavilə təklif edib.

Publika.az xəbər verir ki, yeni müqaviləyə əsasən, futbolçunun məvacibi 2 dəfə azldılacaq. London klubunun strateji xəttinə əsasən yaşı 30-dan yuxarı olan futbolçulara bir illik müqavilə təklif edilir. Üstəlik, onların məvacibi də azaldılır. İndiyə qədər “Çelsi”də həftəyə 150 min funt sterlinq alan Terri, yeni müqaviləyə görə cəmisi 75 min funt sterlinq qazanacaq. Futbolçunun bu təklifi qəbul edib-etməyəcəyi məlum deyil. Ancaq İngiltərə mətbuatının yaydığı məlumata görə, Terrinin xidmətində İngiltərənin bir neçə klubu ilə yanaşı, “Qalatasaray” da maraqlıdı. Terri “Çelsi”nin yetirməsidi. 1998-ci ildən bu komandada çıxış edən futbolçu 617 oyunda 58 qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm