"Neftçi" AFFA-nı obyektiv olmamaqda günahlandırdı
Bizi izləyin

İdman

"Neftçi" AFFA-nı obyektiv olmamaqda günahlandırdı

"Neftçi" Azərbaycan Kuboku uğrunda yarışın 1/2 final mərhələsi çərçivəsində keçirilmiş “Neftçi” - “Rəvan” oyunu ilə bağlı AFFA İntizam Komitəsinin çıxardığı qərarlara etiraz edib. Klub bununla bağlı rəsmi saytı vasitəsi ilə bəyanat yayıb:

"Neftçi" Azərbaycan Kuboku uğrunda yarışın 1/2 final mərhələsi çərçivəsində keçirilmiş “Neftçi” - “Rəvan” oyunu ilə bağlı AFFA İntizam Komitəsinin çıxardığı qərarlara etiraz edib. Klub bununla bağlı rəsmi saytı vasitəsi ilə bəyanat yayıb:

"Neftçi" Azərbaycan Kuboku uğrunda yarışın 1/2 final mərhələsi çərçivəsində keçirilmiş "Neftçi" - "Rəvan" oyunu ilə bağlı AFFA İntizam Komitəsinin çıxardığı qərarlara etiraz edir. İntizam Komitəsinin qərarına görə guya oyun başa çatdıqdan sonra dəhlizdə kənar şəxslər olub və bu ərazidə təhlükəsizlik təmin olunmayıb. Bu səbəbdən də “Neftçi” 5000 manat məbləğində cərimələnib. Bu qərara qəti şəkildə etiraz edərək bildiririk ki, “Neftçi” - “Rəvan” oyununda təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub.

Buna qədər də İntizam Komitəsinin klubumuzun əleyhinə çıxardığı bir sıra qərarlara görə Apellyasiya və Ekspert Komitəsinə müraciət ünvanlanıb və “Neftçi”nın haqlı olduğu sübuta yetirilib. Azərbaycan Premyer Liqası çərçivəsində keçirilmiş “Neftçi”nin oyunlarında və digər çempionat matçlarında komandaların nümayəndələri, məşqçiləri və xüsusən də əcnəbi futbolçuları tərəfindən dəfələrlə qeyri-etik davranışlar edilib və bu hallar mətbuatda və ictimaiyyətdə geniş şəkildə müzakirə edilərək sübuta yetirilsə də, İntizam Komitəsi tərəfindən diqqətə alınmayıb. Bu bir daha onu göstərir ki, İntizam Komitəsinin qərarları obyektivliyi əks etdirmir. “Neftçi” olaraq bu kimi hallara etiraz edirik və İntizam Komitəsinin bu kimi qeyri-obyektiv qərarları ilə qəti şəkildə razılaşmırıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm