Şəmkir ulduzları qarşılamağa hazırdı – FOTOREPORTAJ
Bizi izləyin

İdman

Şəmkir ulduzları qarşılamağa hazırdı – FOTOREPORTAJ

Şəmkir ulduzları qarşılamağa hazırdı – FOTOREPORTAJ

Bu gün Şəmkirdə Heydər Əliyev mərkəzində mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess-2014” Beynəlxalq şahmat turnirinin açılış mərasimi keçiriləcək.

Publika.az xəbər verir ki, artıq Şəmkir yarışı qəbul etməyə tam hazırdı. Açılış mərasimində mərhum şahmatçının ailə üzvləri, rəsmilərlə yanaşı Rusiyanın və Norveçin Azərbaycanda fövqaladə və səlahiyyətli səfirləri də iştirak edəcəklər.

Mötəbər yarışı işıqlandırmaq üçün Rusiya, Norveç, İngiltərə, Hollandiya və Almaniyadan olan jurnalistlər qeydiyyatdan keçib. Yarışla bağlı xüsusi reportaj hazırlamaq üçün Euronews və Rusiyanın NTV kanalının əməkdaşları Şəmkirə ezam olunublar. İlk oyunları aprelin 20-də keçiriləcək turnir aprelin 30-da yekunlaşacaq. Qeyd edək ki, turnirdə şahmat tacının sahibi Maqnus Karlsenlə yanaşı, düya şöhrətli şahmatşılar - Fabiano Karuana (İtaliya), Hikaru Nakamura (ABŞ), Sergey Karyakin (Rusiya), Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov iştirak edəcəklər. A turnirinin mükafat fondu 100 min avrodur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm