İdman
“Real”dan Messiyə yenə dəstək gəldi
"Real"ın oyunçusu Anxel di Mariya "Barselona"lı ulduz Lionel Messiyə dəstək olub.
Publika.Az xəbər verir ki, Anxel di Mariya Kataloniya klubunun uğursuz çıxışı səbəbindən yalnız Messinin tənqid olunmasını düzgün aymayıb. Anxel Di Mariya Argentina yığmasındakı komanda yoldaşına dəstək verib: "Messi çox yaxşı və sakit insandır. Əslində uğursuz oyun nümayiş etdirmir, rəqiblər onu zərərsizləşdirir. Mətbuatda ən çox tənqid olunan Messidir.
Komanda olaraq “Barselona” yaxşı oynaya bilmir. Kataloniya klubunun uğursuz çıxışının səbəbi də budur”.
Qeyd edək ki, Kubokun finalında 1:2 hesabla “Real”a məğlub olan “Barselona”nın futbolçusu Messiyə zədəli olduğu üçün meydana çıxmayan Ronaldo da dəstək olmuşdu. Bu görüntü də kameraların gözündən yayınmamışdı.
Aygün İlqarqızı
-
Nida Xəbər 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO