Ən çox pul xərcləyənlər - Həftədə 112 min - SİYAHI
Bizi izləyin

İdman

Ən çox pul xərcləyənlər - Həftədə 112 min - SİYAHI

Ən çox pul xərcləyənlər - Həftədə 112 min - SİYAHI

Ən çox pul xərcləyən klubların adı açıqlanıb. Publika.Az-ın verdiyi xəbərə görə, siyahıya “Mançester Siti” rəhbərlik edir. “Real” isə “Barselona”nı qabaqlayaraq 2-ci pilləni tutub.

Siyahını təqdim edirik:

1. “Mançester Siti” bu mövsüm futbolçuların gündəlik xərcləri üçün (bu rəqəmə məvacib daxil deyil) orta hesabla 5,8 milyon avro ödəməklə ən çox pul xərcləyən klublar siyahısına liderlik edir. İngiltərə klubu həftəlik olaraq komanda üzvlərinə orta hesabla 112 min avro xərcləyir.

2. "Real" (Madrid) bu mövsüm futbolçulara 5,5 milyon avroya qədər pul xərcləyib. Həftəlik xərclədiyi məbləğ isə 105 min avrodur.

3. "Barselona" oyunçularına illik təxminən 5,4 milyon avro xərcləyib. Həftəlik 103 min avrodur.

4. "Bavariya" oyunçularına təxminən 4.8 milyon avro pul xərcləyib. Həftəlik xərc isə təxminən 92 min avrodur.

5. "Mançester Yunayted" bu mövsüm oyunçularına təxminən 4.7 milyon avro xərcləyib. Həftəlik məbləğ isə 91 min avrodur.

6. "Çelsi" bu mövsüm təxminən 4.4 milyon avroluq xərc çəkib. Həftəlik xərc isə təxmini olaraq 84 min avro təşkil edir.

7. "Arsenal" bu mövsüm 4,3 milyon avro xərcə düşüb. Futbolçulara həftəlik çəkilən xərc isə 82 min avrodur.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm