Məşhur idmançılarımız Gürcüstan dağlarında nə edirlər? - FOTOLAR
Bizi izləyin

İdman

Məşhur idmançılarımız Gürcüstan dağlarında nə edirlər? - FOTOLAR

Məşhur idmançılarımız Gürcüstan dağlarında nə edirlər? - FOTOLAR

Azərbaycanlı idmançılar təlim-məşq keçmək üçün Gürcüstanın Qori şəhərinə yollanıblar. Artıq 2-ci gündür ki, qonşu ölkədə olan cüdoçularımız qarşıdakı yarışlara hazırlaşırlar.

Publika.Az xəbər verir ki, həmin idmançılar içərisində ikiqat paralmpiya çempionu İlham Zəkiyevvə dünya çempionatının və dünya kubokunun sahibi Elxan Rəcəbli də var.

Məlumat üçün bildirək ki, İlham Zəkiyev 2 qat dünya, 5 qat Avropa Çempionudur. O, 3-cü dəfə dünya çempionu adını qazanmaq üçün məşqlərini davam etdirir. Hazırda, Zəkiyev sentyabr ayında keçiriləcək dünya çempionatına hazırlaşır.

Xatırladaq ki, Elxan Rəcəbli Azərbaycanın cüdo üzrə milli komandasının üzvü olub. 2012-ci ildə karyerasını başa vurub, məşqçi kimi fəaliyyət göstərir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm