"Qarabağ" dayandı, "İnter" coşdu, "Neftçi" uduzdu
Bizi izləyin

İdman

"Qarabağ" dayandı, "İnter" coşdu, "Neftçi" uduzdu

Azərbaycan Premeyer Liqasında XXXI turun görüşələri keçirilib. Fanat.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.

Azərbaycan Premeyer Liqasında XXXI turun görüşələri keçirilib. Fanat.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.

Tura saat 15.00-da "Bakı" - "İnter" oyunu ilə start verilib. Ötən tur ikinci pilləni "Neftçi"nin əlində alan "İnter" bu dəfə digər paytaxt klubu "Bakı"nı darmadağın edib - 4:0. Hesabı 11-ci dəqiqədə Derlis Meza Kolli açıb. 50-ci dəqiqədə Etto topu öz qapısına əöndərib. O, 72-ci dəqiqədə hakimə kəllə ataraq "Bakı"nı azlıqda qoyub. 80-ci dəqiqədə Mikel Alvaro fərqi 3 topa çatdırıb. Son nöqtəni isə 87-ci dəqiqədə Vaqif Cavadov qoyub.

Lider "Qarabağ" "Simurq"un qonağı olub. 2014-cü ildə uğurlu çıxış edən və uzun müddətdi məğlubiyyət acısı yaşamayan "Qarabağ"ın uğurlu seriyası Qurban Qurbanovun doğulduğu şəhərdə qırılıb. Matın taleyini bir qol müəyyənləşdirib. 33-cü dəqiqədə "Qarabağ"ın qapısına yol tapan Draqan Çeran "Simurq"a qələbə qazandırıb.

"Qarabağ" kimi "Neftçi" də məğlub olub. Autsayder "Sumqayıt" qəbul edən "ağ-qaralar" gözlənilməz nəticə ilə üzləşiblər. Hesabı 19-cu dəqiqə Mirzağa Hüseynpur açıb. 59-cu dəqiqədə fərqi artıran Uğur Pamuk 8 dəqiqə sonra qırmızı vərəqə alıb. 78-ci dəqiqədə Pərdis Fərcad-Azad fərqi 3 topa çatdırıb. 90+3-cü dəqiqədə isə ilk dövrədə icarə əsasında "Sumqayıt"da çıxış etmiş Ruslan Qurbanov "Neftçi"nin təsəlli qoluna imza atıb. Bu qələbə sayəsində "Sumqayıt" turnir cədvəlinin son pilləsindən canını qurtarıb.

Azərbaycan Kubokunun yarımfinal mərhələsində sərfəli nəticə əldə etmiş 2 klub - “Rəvan” və “Qəbələ” Bayılda üz-üzə gəlib. "Qəbələ" 38-ci dəqiqədə Viktor Mendinin qoluna sevinib. 3 dəqiqə sonra Ürfan Abbasov fərqlənib. 85-ci dəqiqədə isə Yamin Ağakərimzadə "Rəvan"üın təsəlli qolunu vurub. Bununla da "Qəbələ" səfər oyununda 2:1 hesablı qələbə qazanıb.

Tura "Xəzər Lənkəran" - AZAL matçı ilə yekun vurulub. Kubokun yarımfinalında “Qəbələ”dən ağır zərbə alan “ağ-yaşıllar” biabırçılığı qismən unutdurmaq üçün “təyyarəçilər”i məğlub etməyə çalışsa da, istəkləri baş tutmayıb. Düzdü, hesabı 7-ci dəqiqədə Sadio Tounkara açaraq "Fırtınalar meydanı"nı sevindirib. Amma 30-cu dəqiqədə Con Oluremi fərqlənərək AZAL-a bir xal qazandırıb - 1:1.

Topaz Premyer Liqası

2013/14 mövsümü

IV dövrə, XXXI tur

20 aprel

Bakı - İnter 0:4

Qollar: Derlis Meza Kolli, 11. Baçana Tsxadadze, 50. Mikel Alvaro, 80. Vaqif Cavadov, 87.

Bakı: 1. Aqil Məmmədov (k), 3. Yure Travner, 4. Mario Alvares, 5. Ruben Qonzales, 7. Əfran İsmayılov, 8. Cavid Hüseynov (21. Elvin Məmmədov, 58), 12. Etto, 15. Alberto Noquera, 17. Risto Ristoviç (6. Vadim Abdullayev, 46), 20. Tural Qürbətov (19. Marius Pena, 46), 23. Mario Lukas Horvat.

Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 10. Aleksandar Soliç, 16. Juninyo, 34. Şəhriyar Əliyev.

Baş məşqçi: Milinko Pantiç.

İnter: 25. Səlahət Ağayev, 4. İvan Benites, 8. Mikel Alvaro, 9. Aleksandr İaşvili (70. Vaqif Cavadov, 46), 11. Asif Məmmədov (k) (24. Fuad Bayramov, 82), 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 28. Baçana Tsxadadze (27. Dieqo Madriqal, 58), 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev, 88. Derlis Meza Kolli.

Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Slavko Georgievski, 6. Samir Zərgərov, 30. Abbas Hüseynov.

Baş məşqçi: Kaxaber Tsxadadze.

Sarı vərəqələr: Etto, 72 (qeyri-idman hərəkəti); 72 (hakimin qərarına etiraz). Alberto Noquera, 76 (qeyri-idman hərəkəti). Lukas Mario Horvat, 78 (qeyri-idman hərəkəti) - Brüs Abdulaye, 20 (topa əl ilə oyun). Fuad Bayramov, 86 (topa əl ilə oyun).

Qırmızı vərəqə: Etto, 72.

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rza Məmmədov, Ramiz Məhərrəmov.

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Hakim-inspektor: Əli Hüseynov.

"Bakı"nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı.

Rəvan - Qəbələ 1:2

Qollar: Yamin Ağakərimzadə, 85 - Viktor Mendi, 38. Ürfan Abbasov, 41.

Rəvan: 85. Kamal Bayramov, 6. Ceyhun Cavadov, 7. Elvin Həsənəliyev, 10. Tyaqo Mirasema, 14. Xuan Manuel Varea, 15. Dmitri Kruqlov, 17. Ramazan Abbasov (k), 20. Miloş Adamoviç, 28. Boyan Markoviç, 30. Cəmşid Məhərrəmov, 41. Kamil Kopunek.

Ehtiyat oyunçular: 1. Lukas Sapela, 9. Elnur Abdulov, 11. Kamil Nurəhmədov, 21. Novruz Məmmədov, 24. Yamin Ağakərimzadə, 26. Elçin Xəlilov, 40. Mişel Balokoq.

Simurq: Güvənc Kurtar.

Qəbələ: 1. Kamran Ağayev (k), 7. Marat İzmaylov, 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 10. Dodo, 16. Ruslan Tağızadə, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 46. Davronjon Erqaşev.

Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 6. Vladimir Levin, 14. Lorenzo Ebesilio, 19. Abdulvahid Afolabi, 22. Lourival Assis, 42. Leonardo da Silva, 45. Murad Musayev.

Simurq: Yuri Syomin.

Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, İsgəndər Əliyev, Sərxan İsmayılov.

AFFA nümayəndəsi: Adil Nadirov.

Hakim-inspektor: Murad Məmmədov.

"Bayıl Arena". Saat 17.00.

Simurq - Qarabağ 1:0

Qol: Draqan Çeran, 33.

Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 7. Ruslan Poladov (k), 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 21. Murad Səttarlı, 30. Raul Kostin.

Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Usim Nduka, 8. Patrik Osiako, 17. Rüstəm Məmmədov, 22. Salif Ballo, 55. İlqar Hüseynov, 77. Nicat Qurbanov.

Baş məşqçi: Georgi Çixradze.

Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 24. Admir Teli, 99. Nikolas Gelaşvili.

Baş məşqçi: Qurban Qurbanov.

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mübariz Haşımov, Tahir Əhmədov.

AFFA nümayəndəsi: Telman Əzizov.

Hakim-inspektor: Fazil Mürşüdov.

Zaqatala şəhər stadionu. Saat 17.00.

Neftçi - Sumqayıt 1:3

Qollar: Ruslan Qurbanov, 90+3 - Mirzağa Hüseynpur, 19. Uğur Pamuk, 59. Pərdis Fərcad-Azad, 78.

Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov, 7. Araz Abdullayev, 15. Erik Ramos, 19. Mirhüseyn Seyidov, 21. Samir Məsimov, 22. Mahir Şükürov (k), 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.

Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 3. Denis Silva, 8. Elşən Abdullayev, 10. Cavid İmamverdiyev, 23. Ruslan Qurbanov, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov.

Baş məşqçi: Böyükağa Hacıyev.

Sumqayıt: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov (k), 21. Məhəmməd Mirzəbəyov, 88. Mirzağa Hüseynpur, 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev.

Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 2. Şəhriyar Xəlilov, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad-Azad, 8. Aqşin Muxtaroğlu, 17. Adil İbrahimov.

Baş məşqçi: Aqil Məmmədov.

Qırmızı vərəqələr: Araz Abdullayev, 90+2 - Uğur Pamuk, 67.

Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Coşqun Həsənov, Alik Yunusov.

AFFA nümayəndəsi: Vaqif Davudov.

Hakim-inspektor: Asim Xudiyev.

"Bakcell Arena". Saat 17.00.

Xəzər Lənkəran - AZAL 1:1

Qol: Sadio Tounkara, 7 - Con Oluremi, 30.

Xəzər Lənkəran: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 12. Junior Nildo, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 23. Nikola Qliqorov, 30. Elias.

Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 6. Rasim Ramaldanov, 8. Dejan Blajevski, 16. Adrian Pit, 20. Mbilla Etame, 22. Deyvid Sakkoni, 55. Ağabala Ramazanov.

Baş məşqçi: Mustafa Dənizli.

AZAL: 1. Ruslan Məcidov, 8. Qərib İbrahimov, 10. Con Oluremi, 15. Oskar Klava, 20. Branislav Arsenyeviç, 23. Tural Nərimanov, 26. Kərim Diniyev, 27. Rəşad Abdullayev (k), 31. Şəhriyar Rəhimov, 32. Laşa Kasradze, 89. Nedo Turkoviç.

Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 5. Murad Ağayev, 6. Aydın Qasımov, 9. Orxan Həsənov, 19. Orxan Səfiyaroğlu, 22. Axtam Xamroqulov, 28. Emin Cəfərquliyev.

Baş məşqçi: Tərlan Əhmədov.

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Azər Əsgərov, Nail Nağıyev.

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Rauf Hüseynli.

Hakim-inspektor: Füzuli Nəcəfov.

"Xəzər Lənkəran" mərkəzi stadionu. Saat 18.00.

Komanda

O

Q

H

M

T/F

Xal

1

Qarabağ

31

20

7

4

60-16

67

2

İnter

31

17

6

8

51-32

57

3

Neftçi

31

16

6

9

44-38

54

4

Bakı

31

14

7

10

47-37

49

5

Qəbələ

31

14

6

11

39-33

48

6

Simurq

31

11

10

10

33-24

43

7

Xəzər L

31

9

12

10

32-42

39

8

AZAL

31

6

10

15

28-45

28

9

Sumqayıt

31

4

9

18

23-51

21

10

Rəvan

31

3

9

19

18-57

18

Bombardirlər: Reynaldo Silva (Qarabağ) - 19. Vaqif Cavadov (İnter) - 13. Daniel Subotiç (Qəbələ) - 11. Draqan Çeran (Simurq) - 11. Mbilla Etame (Xəzər Lənkəran), Baçana Tsxadadze (İnter), Leroy Corc (Qarabağ) - 9. Əfran İsmayılov (Bakı), Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ) - 8.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm