“Neftçi”də köklü dəyişiklik olacaq
Bizi izləyin

İdman

“Neftçi”də köklü dəyişiklik olacaq

“Neftçi”də köklü dəyişiklik olacaq

Azərbaycan Premyer Liqasının son turunda “Neftçi”nin öz meydançasında “Sumqayıt”a məğlub olması (1:3) böyük təəccüblə qarşılandı. “Ağ-qaralar” bu qarşılaşmada meydana sanki mübarizə aparmamaq üçün çıxmışdılar. “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov məğlubiyyəti şərh edərkən futbolçularla ciddi danışıqlar aparıldığını bildirib.

Publika.Az xəbər verir ki, o, futbolinfo.az-a müsahibəsində komandada yeni addımların atılacağını da deyib: “Oyunla bağlı klubdaxili iclas keçirilib. Toplantıda məşqçilər korpusu, futbolçular və inzibati heyət iştirak edib. Çox ciddi söhbətimiz oldu. Fikirlər tam şəkildə komandaya çatdırıldı və qarşıdakı “Rəvan”la oyun üçün komanda bugündən səfərbər olub.

“Neftçi”nin formasını geyinən heç bir futbolçunun, məşqçilər korpusunun “Sumqayıt”a bu şəkildə məğlub olmasına haqqı yoxdur. Futbolçular meydanda müqavilələrinə uyğun olaraq oyunlarını göstərməlidir. Belə olacağı halda, çox ciddi addımlar atılacaq. Tarixi olan klub belə oyun oynaya bilməz. Son illərin ən uğurlu komandası olan "Neftçi" öz yoluna davam edəcək. Komanda əvvəlki əzəmətini qaytaracaq, əgər başqa cür olacaqsa, heç bizim özümüzün də bu komandada olmağımıza ehtiyac yoxdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm