İdman
Naxçıvanlılar “Stadionda söyüşə YOX!!!” deyəcəklər
I divizionun lideri “Araz Naxçıvan”ın azarkeşləri maraqlı bir təkliflə çıxış ediblər.
Publika.az xəbər verir ki, klubun “Könüllülər” fan-klubu qadın azarkeşləri də tribunaya çəkmək üçün “Stadionda söyüşə YOX!!!” kampaniyasına start veriblər. Qrupun bu haqda yaydığı məlumat və fotonu təqdim edirik:“Səhifəmizi yaratdığımız gündən etibarən diqqətimizi çəkən əsas məsələlərdən biri də xanım azarkeşlərimizin səhifəmizdə göstərdiyi aktivlikdir. Bu o deməkdir ki, “Araz Naxçıvan”ımızın xanım azarkeş kütləsi vardır və getdikcə onların sayı artmaqdadır. Bu danılmaz həqiqətdir ki, Azərbaycan futbolunda xanımların stadiona gəlməsi halı çox da geniş yayılmayıb. Buna əsas səbəblərdən biri və ən başlıcası stadionda edilən söyüşlər, arqo sözlər və s.-dir. Biz “Araz Naxçıvan” azarkeşləri və “Könüllülər” olaraq Azərbaycan futbolunda seçilən “Araz Naxçıvanlı Xanımlar” qrupunu stadionda sevimli komandamızı dəstəkləyərkən görmək istəyirik. Bu məqsədlə “Araz Naxçıvan - Könüllülər” olaraq “Stadionda söyüşə YOX!!!” deyirik. İnanırıq ki, bütün “Araz Naxçıvan” sevərlər bizim bu kampaniyamıza qoşulacaq..."
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu