İdman
Avropa çempionumuz ömürlük cəza almamışdan öncə görün nə edib? – VİDEO
18 nəfər azərbaycanlı ağır atletin dopinq qəbul etməkdə günahlandırılıb cəzalandırılması barədə məlumat vermişdik.
Xatırladaq ki, Avropa çempionumuz Zülfüqar Süleymanov ömürlük diskvalifikasiya olmuşdu. Karyerasını bitirən idmançının bundan sonra nə işlə məşğul olacağı maraq doğururdu.
Zülfüqar Süleymanov “Facebook”-da təlim məşq zamanı çəkilmiş videosunu paylaşıb.
Onun məşqçi kimi zala qayıtdığını düşündük və idmançıya suallarımızı ünvanladıq. Publika.Az-a danışan Süleymanov videonun çəkilmə tarixi barədə məlumat verdi: “Bu video martın 6-sı 2014-cü il tarixində məşq zamanı çəkilib. Yəni məlum məsələlər olmamışdan 2 gün öncə ...”
Həmin videoda 138 kq-ın öhdəsindən gələn idmançı məşqçi kimi fəaliyyətini davam etdirib- etdirməyəcəyi ilə bağlı suala o, belə cavab verdi: “Məşqçi kimi hər hansı bir yerə təyin olunmamışam. Bilmirəm mümkündür, ya yox? Zirvə klubundan mənə boş qalmayım deyə, “buyur, zalda məşğul ol” deyilib. Məşqlərdə iştirak edirəm”.
Aygün İlqarqızı
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər