"Baş şeytan" qovuldu
Bizi izləyin

İdman

"Baş şeytan" qovuldu

“Mançester Yunayted”in sahibi - “Qleyzerlər” ailəsi baş məşqçi Devid Moyesi istefaya göndərib. Buna Moyesin 6 illik müqaviləsinin olması da əngəl olmayıb.

Publika.Az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Klub rəhbərliyinin səbr kasasını “Everton”la oyunda (0:2) daşırıb.

Stiv Raund, Cimmi Lamsden və Fil Nevil də qovulacaqlar. Xatırladaq ki, onlar Mayk Felan və Rene Melensteni əvəz etmişdilər. Köməkçi məşqçilərin istefaya göndərilməsinin səbəbi futbolçularla normal ünsiyyət qura bilməmələridir.

Dəfələrlə Moyesə etimad göstərsələr də, rəhbərlik artıq komandanın nəticələrindən məyusdu.

Etimadın itməsinin səbəbi komandanın düzgün istiqamətdə inkişaf etməməsi və güclü futbolçuların narazılığıdır.

“Qleyzer ailəsi” və vitse-prezident Ed Vudvort Moyeslə bağlı fikirlərini “Liverpul”la məğlubiyyətdən sonra dəyişiblər. Xəbəri klubun rəsmi saytı da təsdiqləyib. Mövsümün sonuna qədər komandanı Rayan Giqs çalışdıracaq. Ona Niki Batt yardım edəcək.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm