Vitse-prezidentə qadağa
Bizi izləyin

İdman

Vitse-prezidentə qadağa

Vitse-prezidentə qadağa

AFFA-nın Nizam-İntizam Komitəsinin iclası keçirilməsi barədə məlumat vermişdik. Xatırladaq ki, iclasda Azərbaycan Premyer Liqasının XXXI turunun görüşlərində baş verən neqativ hallara hüquqi qiymət verilib. Həmçinin AFFA-nın İntizam Komitəsi “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanova da xəbərdarlıq edib.

Publika.Az xəbər verir ki, “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanovun cəzası başa çatsa da, ona verilmiş cərimə ödənilmədiyi üçün adıçəkilən şəxsə kəsilmiş stadiona giriş qadağası hələ də davam edir. Lakin Tahir Süleymanov Azərbaycan Premyer Liqasının XXXI turunun “Neftçi” – “Sumqayıt” matçında iştirak edib. Oyunun AFFA nümayəndəsinin oyundan öncə ona stadionu tərk etməsini bildirsə də, o, bunu rədd edib və oyunu izləməyə davam edib. Bu səbəbdən də, “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanova verilmiş cərimə ödənilməyənədək onun klubun iştirakı ilə keçirilən Azərbaycan Premyer Liqası və ölkə kuboku matçlarında stadiona girişinə qadağa sanksiyası davam edir. Əgər Süleymanov verilmiş qərarı yenidən pozarsa, ona qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm