PFL Çeranın vurduğu qolu ləğv etdi
Bizi izləyin

İdman

PFL Çeranın vurduğu qolu ləğv etdi

PFL Çeranın vurduğu qolu ləğv etdi

Azərbaycan Premyer Liqasının 31-ci turunun “Simurq” – “Qarabağ” oyununda ev sahibi komandanın qolunun müəllifi kimi Draqan Çeranın adı qeyd olunmuşdu.

Publika.az xəbər verir ki, oyunun videoyazısına təkrar baxdıqdan sonra qolun “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov tərəfindən öz qapısına vurulduğu aşkarlanıb. Bununla bağlı Peşəkar Futbol Liqası oyunun protokolunda müvafiq dəyişiklik edib və qol Bədavi Hüseynovun avtoqolu kimi qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm