Nazir Zülfiyyə Hüseynovaya cavab verdi
Bizi izləyin

İdman

Nazir Zülfiyyə Hüseynovaya cavab verdi

Nazir Zülfiyyə Hüseynovaya cavab verdi

Gənclər və idman naziri Azad Rəhimov bugünkü mətbuat konfransında 5 dəfə sambo, 4 dəfə cüdo üzrə dünya çempionu Zülfiyyə Hüseynovanın təqaüd ala bilməməsi şikayəti ilə bağlı sualı cavablandırıb.

Publika.Az xəbər verir ki, Azad Rəhimov məsələ ilə əlaqədar bunları deyib: “Onun ən yaxşı nəticəsi hansıdır? Qeyri-olimpiya idman növü olan samboda çempion titulu. Gənc qadındır, yaxşı maaşlı işi var. Təqaüd niyə ödənməlidir? İstənilən halda, nazirlik bu məsələdə keçmiş idmançının söylədiyi kimi heç bir maneə yaratmır”.

Qeyd edək ki, Zülfiyyə Hüseynova təqaüdlə bağlı prezidentə yazılan məktublarının qarşısının nazirlik və Azad Rəhimov tərəfindən alındığını bildirmişdi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm