Çex üçün mövsüm bitdi
Bizi izləyin

İdman

Çex üçün mövsüm bitdi

Çex üçün mövsüm bitdi

“Çelsi”nin qapıçısı Peter Çex Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində “Atletiko” ilə keçirilən görüşdə zədələnib.

Publika.az xəbər verir ki, zədə səbəbindən 18-ci dəqiqədə əvəzlənən qapıçı üçün mövsüm bitib. Bu barədə məlumatı oyundan sonra keçirilən mətbuat konfransında “Çelsi”nin baş məşqçisi Joze Maurinyo verib: “Çex üçün mövsüm bitib. O, bu mövsüm bir daha oynamayacaq. Ümid edirəm ki, Çex bizimlə nəyi isə bayram edə biləcək”.

“Atletiko” ilə oyunda zədələnən “Çelsi”nin kapitanı Con Terrinin vəziyyəti isə nisbətən yaxşıdı. Kapitan yarımfinal mərhələsinin cavab matçında oynaya bilməyəcək. Amma “Çelsi” finala çıxacağı təqdirdə, Terri komandasına kömək edə biləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm