"Real" Münhenə 1:0-la gedir
Bizi izləyin

İdman

"Real" Münhenə 1:0-la gedir

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. İkinci oyun günündə "Real" və "Bavariya" meydana çıxıb.

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. İkinci oyun günündə "Real" və "Bavariya" meydana çıxıb.

Madriddəki "Santyaqo Bernabeu" stadionunda baş tutan oyunun taleyini 1 qol həll edib. 19-cu dəqiqədə Fabio Koentraonun ötürməsini qola çevirən Kərim Benzema "Real"a qələbə qazandırıb. Bununla da "Kral Klubu" Çempionlar Liqasının son qalibi ilə səfər matçına üstün durumda yollanmaq imkanı qazanıb.

Qeyd edək ki, bu mərhələnin ilk oyunu bir gün əvvəl keçirilib. Madriddə baş tutan "Atletiko" - "Çelsi" qarşılaşması 0:0 hesabı ilə yekunlaşıb. Cavab matçları aprelin 29-u və 30-da keçiriləcək.

Çempionlar Liqası

2013/14 mövsümü

1/2 final (ilk oyun)

23 aprel

23.45 Real (İspaniya) - Bavariya (Almaniya) 1:0

Qol: Kərim Benzema, 19.

Real: İker Kasilyas, Pepe (Rafael Varane, 73), Serxio Ramos, Fabio Koentrao, Daniel Karvajal, Xabi Alonso, Luka Modriç, Angel Di Maria, İsko (Asyer İllarramendi, 82), Kriştiano Ronaldo (Qaret Beyl, 73), Kərim Benzema.

Ehtiyat oyunçular: Dieqo Lopez, Marselo, Kasemiro, Alvaro Morata.

Baş məşqçi: Karlo Ançelotti.

Bavariya: Manuel Neuer, Dante, Rafinya (Xavi Martines, 66), Jerome Boatenq, Filip Lam, Frank Riberi (Mario Götze, 72), Aryen Robben, David Alaba, Bastian Şvanştayger (Tomas Müller, 74), Toni Kroos, Mario Mandzukiç.

Ehtiyat oyunçular: Leopold Zingerle, Lukas Raeder, Mitçell Veyser, Klaudio Pizarro.

Baş məşqçi: Pep Qvardiola.

Sarı vərəqə: İsko, 57.

Baş hakim: Hovard Uebb (İngiltərə).

Madrid. "Santyaqo Bernabeu" stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm