Prezidentin “möhtəşəm üçlük” arzusu
Bizi izləyin

İdman

Prezidentin “möhtəşəm üçlük” arzusu

Prezidentin “möhtəşəm üçlük” arzusu

“Real”ın prezidenti Florentina Peres “Liverpul”un ulduzu Luis Suaresi Madridə gətirəcəyinə hələ də inanır. Peres “Real”da Ronaldo-Beyl-Suares üçlüyündən ibarət möhtəşəm hücum xətti formalaşdırmaq istəyir.

Publika.az xəbər verir ki, Peres Suaresin alınmasına sərf olunacaq vəsaiti tapmaq üçün Kərim Benzemanı satmaq niyyətindədi. Fransız futbolçu ilə “Arsenal” ciddi şəkildə maraqlanır.

Hələ ötn ilin yayında da Benzemanın “Arsenal”a keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Ancaq həmin vaxt bu keçid baş tutmadı. “Arsenal”ın baş məşqçisi həmyerlisini israrla sərəncamında görmək istəyir. Güman olunur ki, növbəti transfer pəncərəsi açılan kimi “Arsenal” bu yöndə fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Benzemanın “Real”la müqaviləsi 2015-ci ilin yayında bitir. Kral klubu onu indi satmasa, bir ildən sonra Kərim komandanı havayı tərk edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm