Bakının Sifariş kitabı UEFA-ya təqdim olundu – FOTOLAR
Bizi izləyin

İdman

Bakının Sifariş kitabı UEFA-ya təqdim olundu – FOTOLAR

Bakının Sifariş kitabı UEFA-ya təqdim olundu – FOTOLAR

Xəbər verdiyimiz kimi, 2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün AFFA tərəfindən Bakı şəhərinin namizədliyi irəli sürülüb və 2013-cü il mayın 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, sərəncama əsasən, Sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə olunub. Artıq AFFA tərəfindən sifariş kitabı hazırlanıb və təyin olunmuş vaxtdan əvvəl UEFA-ya təqdim olunub.

Xatırladaq ki, AÇ-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlər bu ilin sentyabrında müəyyənləşəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm